• $
  • €
  • ₽
  • ₺
  • £

Bu söz "orfoqrafiya lüğəti"ndən çıxarılır

Bu söz "orfoqrafiya lüğəti"ndən çıxarılır
10.06.2019 16:56
"Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən "əməkhaqqı" və "türkmənşəli" sözlərinin çıxarılmasını düşünürük".

Anews.az xəbər verir ki, bunu "Report"a eksklüziv açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
O bildirib ki, "əməkhaqqı" sözü əvvəlki lüğətlərdə olmayıb: "Misal üçün 1960-cı ildə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əsasən "əməkhaqqı" bitişik söz kimi deyil, mürəkkəb sözdür. Həmin söz 1975-ci ildə nəşr olunan lüğətdə də verilməyib. Bu söz 2004-cü ildə lüğətə daxil olub və daha sonra 2013-cü ildə də lüğətə daxil edilib. Bu da sonradan etirazlara səbəb olub".

Akademikin sözlərinə görə, etiraz edənlər "təhsilhaqqı" və "gedişhaqqı" sözlərinin də yazılış qaydasının necə olduğunu soruşurlar:
"Hesab edirəm ki, bu təklif uğurludur. Dilimizdə bu sözlər "təhsil haqqı" və "gediş haqqı" kimi yazılır. Ona görə də biz yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən "əməkhaqqı" sözünü çıxarmağı düşünürük. Çünki bu, mürəkkəb sözdür. Onu cəmləndirəndə "əmək haqqları" olur, "əməkhaqqıları" olmur. Danışan zaman "onların əməkhaqqıları" deyilmir. Amma "ayaqqabı" sözü mürəkkəb söz olsa da, cəm şəkilçi qəbul etdikdə "ayaqqabıları" kimi yazılır. "Əmək haqqı" ikinci növ təyini söz birləşməsidir və bitişik yazılmamalıdır. Bitişik yazılmayan söz də lüğətdən çıxarılmalıdır".

M.Nağısoylu bildirib ki, lüğətdən çıxarılması müzakirə olunan sözlərdən biri də "türkmənşəli" sözüdür: "Bu söz də əvvəlki lüğətdə olmayıb. Çünki haqlı olaraq edənlər "fransızmənşəli", "ingilismənşəli" sözlərin də lüğətimizə daxil olmasını düşünürlər. Ümumilikdə, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən 1000-ə yaxın bu tipli sözün çıxarılması nəzərdə tutulur".

Qeyd edək ki, Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əvvəlki orfoqrafiya lüğətində olmayan 4000 yeni söz daxil edilib. "Azərbaycan dilinin orfoqrafiya lüğəti", təqribən, 5 ildən bir hazırlanır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol