• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı məktəbində qız hər kəsi aldatdı: Direktor məsələni ictimailəşdirdi - FOTO

Bakı məktəbində qız hər kəsi aldatdı: Direktor məsələni ictimailəşdirdi - FOTO
11.06.2019 14:56
Bakı şəhəri Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə oğurluq hadisəsi baş verib.

Buta.media xəbər verir ki, məktəbin direktoru Azər Ələkbərov bu barədə facebookda yazıb.

Yuxarı sinifdə oxuyan qızlardan birinin mobil telefonu oğurlanıb.

Hadisə barədə polisə məlumat verilib, lakin telefon bir neçə gündən sonra - 10 iyunda yararsız hala salınmış vəziyyətdə məktəbin qızlar üçün nəzərdə tutulmuş tualetdən tapılıb.

Məktəbin direktoru baş verənləri facebookda belə şərh edir: "Bir neçə gün öncə siniflərin birində şagirdin mobil telefonu itmişdir. Araşdırmamız nəticəsində qənaətə gəldik ki, telefon itməyib, onu oğurlayıblar. Siniflərdə şagirdlərlə söhbət etdik, oğurluğun həm mənəvi, həm hüquqi baxımından mənfi əməl olduğunu izah etməyə çalışdıq. Valideynə məlumat verdik. Nəticə olmadı. Məsləhət bildik ki, hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Etdilər, yenə də nəticə olmadı.

Dünən xadimə iş otağıma daxil olaraq əlində selofana bükülmüş mobil telefonu göstərərək qeyd etdi ki, qızların ayaqyolusunda unitazın içində aşkar edib. Telefonun sahibi - həmin şagird bu telefonun ona məxsus olduğunu təsdiq etdi. Telefondan kəskin antisanitar qoxu gəldiyindən və telefonun içinə mexaniki müdaxilə olduğundan telefon yararsız hala düşüb".

Azər müəllim oğurluğun qız məktəbli tərəfindən törədildiyini deyir: "Bu hadisədə təəssüf doğuran bir neçə məqamlarla yanaşı bir vacib məqam var: telefon qızların sanitar qovşağından tapılıb. Nəzərə alsaq ki,həmin qovşağın girişində həmişə xadimə var və dəhlizdə videomüşahidə kamerası var, deməli, oğlan şagirdin ora daxil olması istisnadır. Bax, təəssüfedici məqam budur ki, oğurluğu qız uşağı edib və sonra, ya polisin və ya telefonun yararsız hala düşməyindən ehtiyyat edərək məktəbin sanitar qovşağına atıb".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol