• $
  • €
  • ₽
  • ₺
  • £

Kirayədə qalan şəxslərin diqqətinə!

Kirayədə qalan şəxslərin diqqətinə!
12.06.2019 13:19
İpoteka və Kredit Zəmanət Fonduna yeni səlahiyyətlər verilib.
 
Anews.az xəbər verir ki,səlahiyyətlərin artırılması ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlama verib.
 
O, bildirib ki, Fondun yeni dəyişikliyə uyğun mənzil bazasının yaradılması və vətəndaşlara təqdim edilməsi məqsədəuyğun ola bilər:
 
"İpoteka və Kredit Zəmanət Fondunun kirayə evlə bağlı nəzərdə tutulan tələbləri demək olar ki, ipoteka ilə mənzil alan şəxslərə şamil olunan tələblərdir. Fondun tələbinə əsasən, vətəndaşın rəsmi iş yeri olmalıdır. Bu tələblər fonunda rəsmi iş yeri olan şəxs kirayə qalmaqdansa, güzəştli ipoteka krediti ilə mənzil ala bilər. Adətən, köhnə yaşayış binasında ipoteka krediti verilmirsə, deməli, binanın sökülmə ehtimalı var. Buna görə də yaxın 10 ildə binanın sökülmə ehtimalı varsa, həmin evlərə ipoteka krediti ayrılmır və sığorta şirkətləri də uzaq durur. Fond bu şərti kirayə evlərə də şamil edəcəksə, vətəndaşlara təqdim olunan kirayə evlərin qiyməti baha olacaq. Rəsmi iş yeri olmayan şəxslərin yeni dəyişikliklərdən yararlanmasına şərait yaradılmalıdır. 
 
Rəsmi iş yeri olmayan, kirayədə qalan vətəndaşlar ödənişlərini bank vasitəsilə həyata keçirməlidir. Bu, eyni zamanda, vergidənyayınma hallarının qarşısını alacaq. Vətəndaş Fondun təqdim etdiyi kirayə evdən istifadə etmək istəyirsə, ödənişlə bağlı qəbzlərini təqdim edə bilər. Ödənişlər vaxtında edilibsə, bu halda rəsmi iş yerinin olmasına ehtiyac qalmayacaq. 
 
Hazırda İpoteka və Kredit Zəmanət Fondunun bazası yoxdur.
 
Fondun özünün mənzil bazası olmalıdır. Fond yeni binalar inşa etməli və bu binaları vətəndaşlara kirayə verməlidir. Avropa ölkələrində bələdiyyələr tərəfindən sosial kirayə evlər tikilir. Bu evlər sosial təminatı aşağı olan vətəndaşlara ucuz qiymətə kirayə verilir. Vətəndaş bu evdə istədiyi müddətə qədər qala bilər. Hətta sonradan o evi almasına icazə var. Ölkəmizdə də bu metoddan istifadə edilməlidir”. 
 
Qeyd edək ki, Prezident İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanının icrasını təmin etmək məqsədilə bir sıra qanunverici aktlara dəyişiklik edib. Dəyişikliyə əsasən, kirayə müqaviləsinin bağlanılması üzrə İpoteka və Kredit Zəmanət Fonduna yeni səlahiyyətlər verilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol