• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistin həbsi ilə bağlı iki general işdən uzaqlaşdırıldı

Jurnalistin həbsi ilə bağlı iki general işdən uzaqlaşdırıldı
13.06.2019 15:13
Rusiya prezidenti Vladimir Putin "Meduza" saytının jurnalisti İvan Qolunovun işi ilə bağlı Daxili İşlər Nazirliyinin iki generalını vəzifəsindən azad edib. APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti bu gün bu barədə müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rusiya DİN-in Moskva şəhəri üzrə narkotiklərin dövriyyəsinə nəzarət Baş İdarəsinin rəisi polis general-mayoru Yuri Devyatkin və Rusiya DİN-in Moskva şəhərinin Qərb İnzibati dairəsi üzrə baş İdarəsinin rəisi, polis general-mayoru Andrey Puçkov vəzifələrindən azad olunublar.

Qeyd edək ki, "Meduza" saytının jurnalisti İvan Qolunov narkotik ittihamı ilə saxlanılıb. Bütün Rusiya ictimaiyyəti, tanınmış ictimai şəxslər jurnalistin saxta ittihamla şərlənərək həbs olunmasına etiraz edəndən sonra, onunla bağlı açılan cinayət işinə xitam verilib və Qolunov azadlığa buraxılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol