• $
  • €
  • ₽
  • ₺
  • £

Bu müdafiə nazirini arvadı döyüb - Evə polislər gəldi

Bu müdafiə nazirini arvadı döyüb - Evə polislər gəldi
19.06.2019 15:48
Neçə vaxtdır ABŞ müdafiə naziri vəzifəsini icra edən, prezident Donald Tramp tərəfindən namizədliyi bu vəzifəyə irəli sürülən Patrik Şanahan namizədliyini geri çəkib. 

Bu barədə ABŞ prezidenti Donald Tramp Twitter səhifəsindəki mesajında bildirib. Tramp qərarın Şanahanın ailəsi ilə daha çox vaxt keçirmək istəməsi ilə əlaqədar olduğunu yazıb.

Virtualaz.org xəbər verir ki, ABŞ prezidenti Ordu naziri Mark Esperin müdafiə naziri vəzifəsini icra edəcəyini bildirib. Esper Şanahanın namizədliyinin təsdiq edilmədiyi təqdirdə ABŞ müdafiə naziri vəzifəsinə əsas namizədlərdən biri olaraq nəzərdən keçirilirdi.

Prezident Tramp Şanahana müdafiə naziri vəzifəsini müvəqqəti icra etdiyi müddətdə göstərdiyi xidmətə görə təşəkkürünü bildirib. O eyni zamanda, Mark Esperi yaxşı tanıdığını və onu bu vəzifədə müstəsna xidmət göstərəcəyinə heç bir şübhə olmadığını bildirib.

ABŞ KİV-ləri yazır ki, Patrik Şanahanın Pentaqona rəhbərlikdən imtina etməsi onun ailəsində baş vermiş məişət qalmaqalı ilə bağlıdır. Söhbət 2010-cu il avqustun 28-də baş vermiş hadisədən gedir. Hazırda həmin hadisəni Federal Təhqiqatlar Bürosu araşdırır.

Şanahanın keçmiş arvadı Kimberli Cordinson onu zorakılıqda ittiham edib. Bildirilir ki, həmin vaxt ər-arvadın arasında onların Vaşinqton ştatının Sietl şəhərində yerləşən evində böyük mübahisə baş verib. Bu mübahisədən əvvəl ər-arvad hansısa qonaqlıqda alkaqollu içkilərdən istifadə edibmiş.

Cordinson əri ilə mübahisəyə görə evə polis çağırıb. Lakin polis sonda Şanahanı yox, onun özünü həbs edib. Sonradan isə Şanahanın arvadına qarşı məişət zorakılığı ittihamı geri çəkilib. İndi isə Şanahanın keçmiş arvadı əri tərəfindən o vaxt döyüldüyünü iddia edir.


Şanahan isə yazılı bəyanatında bildirib ki, heç vaxt keçmiş arvadına əl qaldırmayıb. "Mənim nigahım kədərlə və məyusluqla bitdi. Bununla belə mən heç vaxt keçmiş arvadıma əl qaldırmamışam və hüquq-mühafizə orqanları ilə həmin insidentlə bağlı tam əməkdaşlıq etmişəm. Həmin araşdırma onun mənə hücum etməsi ilə bağlı ittihamla yekunlaşdı. Mən ailəmizin maraqları naminə sonradan həmin ittihamın irəli sürülməsindən imtina etdim”-o bildirib.

Lakin Şanahanın keçmiş arvadı "USA Today” qəzetinə müsahibəsində həmin hadisəyə dair öz versiyasını irəli sürüb. Keçmiş ərinin 9 il əvvəl onu döydüyünü bildirib. Bununla belə Patrik Şanahanın və Kimberli Cordinsonun oğulları, 24 yaşlı Uill Şanahan həmin insidentə görə məsuliyyətin tamamilə anasının üzərində olduğunu bildirib. Habelə etiraf edib ki, anasının istəyi ilə həmin axşam baş verənlər haqda polisə düzgün olmayan ifadə vermişdi.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol