• $
  • €
  • ₽
  • ₺
  • £

12 illik təhsillə bağlı YENİLİK - Azərbaycanda

12 illik təhsillə bağlı YENİLİK - Azərbaycanda
08.09.2014 13:36
“Təhsil Nazirliyi ölkədə alternativ dərsliklərin hazırlanmasını dəstəkləyir. Çünki bu, azad fikirlilikdir. Əgər gələcəkdə mütəxəssislər bu işə daha aktiv qoşulacaqsa, peşəkarlıqları yüksək olacaqsa, o zaman alternativ dərsliklər yaranacaq”. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan məktəblərinin əksər siniflərində variantiv dərsliklər mövcuddur. Bir proqram əsasında müxtəlif dərsliklərin hazırlandığını deyən Ə.Quliyev qeyd edib ki, onların yalnız üsulunda, texnologiyalarında fərq olur: “Ancaq məzmun eyni olur. Müstəqillik illərində alternativ dərsliklər yaranmağa başladı. Həm ibtidai siniflərdə, həm də yuxarı siniflərdə alternativ dərsliklər mövcuddur”. Ə.Quliyev Azərbaycanda 12 illik təhsilə keçiddən sonra dərsliklərin hazırlanması məsələlərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycanda 12 illik ümumi təhsilə keçdikdən sonra 11-ci və 12-ci siniflər təmayüllər üzrə olacaq. O bildirib ki, şagirdlər 10-cu sinfə qədər icbari təhsil alacaq: “Orta məktəbin 10-cu sinfini bitirən şagirdi heç kim 11 və 12-ci siniflərdə təhsil almağa məcbur etməyəcək. Onu da qeyd edim ki, 11 və 12-ci siniflərdə təhsil alanlar yalnız profil (təmayüllər) üzrə təhsil alacaq. Bu da öz növbəsində repititorluğun qarşısını alacaq”.Nazirlik rəsmisi qeyd edib ki, məktəblər təmayüllərə bölündükdən sonra dərsliklər də ona uyğun hazırlanacaq: “Məsələn, informatika-riyaziyyat təmayüllü, kimya-biologiya təmayüllü, humanitar təmayüllü məktəbin dərsliyi eyni olmayacaq. Yəni burada müxtəlif variantlar olacaq. Təhsil Nazirliyi gələcəkdə alternativ dərsliklərə geniş meydan vermək istəyir. Hələ ki alternativ dərslik sisteminə keçə bilmirik, çünki ölkədə müəllif çatışmazlığı var”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol