• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir Ziya Məmmədovun səhhəti ilə bağlı RƏSMİ MƏLUMAT

Nazir Ziya Məmmədovun səhhəti ilə bağlı RƏSMİ MƏLUMAT
28.05.2020 21:49
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun infarkt keçirməsi və təcili olaraq müalicə üçün Türkiyəyə aparılması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

Bu barədə Oxu.Az-a Azərbaycanın Nəqliyyat Nazirliyindən bildiriblər.

Nazirlikdən daxil olan məlumata görə, nazir Ziya Məmmədov hazırda Türkiyədə səfərdə olsa da, bu, müalicə məqsədi daşımır.“Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov hazırda məzuniyyətdədir və o, qanunvericiliklə nəzərdə tutulmuş məzuniyyət hüququndan istfadə edərək, istirahət etmək üçün qardaş Türkiyə Cümhuriyyətini seçib. Hal-hazırda nazir Ziya Məmmədov Türkiyədə istirahətini davam etdirir. Onun səhhətinin pisləşməsi ilə yayılan xəbərlər heç bir şəkildə həqiqəti əks etdirmir. Bu növ yalan məlumatların yayılması yalnız müxtəlif mətbu orqanların diqqəti özünə cəlb etmək, reytinq qazanmaq cəhdlərindən başqa bir şey deyil.Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün Azərbaycan mətbuatında əsas peşəsi ucuz reytinq ardınca qaçmaq olan müxtəlif qəzetlər, saytlar da var. Artıq dəfələrlə müşahidə olunub ki, bəzi saytlar qeyri-peşəkar fəaliyyətləri ucbatından oxucu kütləsi cəlb edə bilmədikləri üçün ölkəmizin müxtəlif dövlət məmurları, nazirləri, siyasi və ictimai xadimləri haqqında yalan, həqiqətə uyğun olmayan məlumatlar yaymaqla diqqəti özlərinə yönəltmək, məşhurlaşmaq istəyirlər.Digər təəssüflə qeyd olunası məqam isə ondan ibarətdir ki, ölkənin media bazarında xeyli müddətdir fəaliyyət göstərən, kifayət qədər ad-sana malik müxtəlif xəbər portalları da, dünənə qədər adını eşitmədikləri, hardan peyda olduğu qaranlıq qalan birgünlük saytların yalan xarakterli məlumatlarını heç bir şəkildə yoxlamadan, dərhal dərc edirlər, və bununla da, həmin saytlarla eyni səviyyədə qeyri-peşəkar iş nümayiş etdirmiş olurlar”, - deyə, nazirlikdən daxil olan məlumatda bildirilir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol