• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibə olsunmu: Xalq nə deyir? – Videosorğu

Müharibə olsunmu: Xalq nə deyir? – Videosorğu
26.06.2019 19:32
Azərbaycan və Ermənistan arasında illərdir, davam edən və nəticə verməyən sülh danışıqları ekspertləri belə bir qənaətə gəlməyə vadar edib ki, müharibə qaçılmaz olacaq.
Elə rusiyalı politoloq Qriqori Trofimçuk da deyib ki, "hadisələrin inkişafı gec-tez Qarabağda silahlı toqquşmaya gətirib, çıxaracaq”.
Onun sözlərinə görə, N.Paşinyan "sülh əvəzinə əraziləri dəyişdirmirik” deyəndən sonra danışıqlar prosesi sual altına düşdü və Bakıda Ermənistanın baş nazirinin bütün bəyanatları neqativ qarşılanır.
Qeyd edək ki, xarici işlər nazirlərinin Vaşinqton görüşü də ciddi bir nəticə verməyib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 20-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, illərdir, eyni sülh planı üzərində iş aparılır: "Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. Bunlar eyni təkliflərdir. Biz 15 ildir ki, müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik”.
Bir məqam da hər kəsə bəllidir ki, ermənilər nəinki torpaqları sülh yolu ilə qaytarmaq niyyətində deyillər, hətta sürətlə işğal olunmuş ərazilərimizdə məskunlaşmağa, infrastrukturu bərpa etməyə çalışırlar.
Bəs, xalq nə düşünür? Müharibə qaçılmazdırsa, biz buna hazırıqmı? Müharibə olsunmu?
Respondentlərin cavablarını daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz. (Musavat.com)
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol