• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda və Qubada partlayış - TƏFƏRRÜATLAR - FOTOLAR

Bakıda və Qubada partlayış - TƏFƏRRÜATLAR - FOTOLAR
29.06.2019 16:20
Bakı şəhərinin Binəqədi rayonunda yerləşən kafedə partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumi sahəsi 120 m² olan və kafe kimi fəaliyyət göstərən tikilinin mətbəxində həcmi 50 litr olan maye qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib. 

Yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları və içərisində olan əşyalar 30 m² sahədə yanıb. Yüksək temperaturdan tikilinin lambirindən ibarət tavanı 50 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Quba rayonunda da yaşayış evində partlayış olub.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün rayonun Amsar kəndində baş verib.

Kənd sakini, 33 yaşlı İsa Nuriyevə məxsus evdə qaz balonunun partlaması nəticəsində ailə başçısı, onun həyat yoldaşı - 29 yaşlı İlahə Nuriyeva və övladları - dörd yaşlı Ömər və Zeynəb müxtəlif yanıq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol