• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərin nəzərinə!

Müəllimlərin nəzərinə!
05.09.2014 14:27
Müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqə başa çatıb.ANS PRESS-in Təhsil Nazirliyinə istinadla verdiyi məlumata görə, “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib, onlardan 771 nəfəri yerdəyişmə üzrə müsabiqəyə buraxılıb, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb.Müəlimlərin iş yerinin dəyişdirilməsi üzrə mərkəzləşdirilmiş müsabiqənin təşkili bu prosesin şəffaf və obyektiv həyata keçirilməsinə, məktəblərdə müəllim heyətinin optimallaşdırılmasına və tədris ili ərzində yerdəyişmələrlə bağlı müraciətlərin vahid yanaşma əsasında tənzimlənməsinə müsbət təsir göstərib.2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə artıq başa çatıb.Müsabiqəyə 2975 vakant yer çıxarılıb. Müsabiqədə iştirak etmək üçün 17962 nəfər ərizə verib. İlk dəfə olaraq müsahibə mərhələsində müəllimlərin kommunikativ qabiliyyətləri də qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə 1304 nəfər işə qəbul olunub.Ötən ildən fərqli olaraq cari ildə işə qəbul üzrə müsabiqə qısa müddətdə yekunlaşıb, imtahan mərhələsi 1 həftə müddətində, müsahibələr isə 3 gün ərzində keçirilib. Əvvəlki illərdə bu proses bir aydan çox vaxt aparırdı.Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan və yeni yaranmış vakant yerlərin təhlili aparılıb, 25-29 avqust 2014-cü il tarixlərində müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin heç bir yer tutmayan 2894 nəfər elektron müraciət edib. Əlavə yerləşdirmə nəticəsində 388 nəfər işə qəbul edilib.Beləliklə, müsabiqənin nəticələrinə əsasən ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilib.Təhlil göstərir ki, ötən illə müqayisədə vakant yerlərin tutulmasında əhəmiyyətli irəliləyiş olub. Belə ki, ötən dərs ilində müsabiqə nəticəsində işə qəbul olunanların sayı 1281 nəfər olmuşdusa, cari ildə həmin göstərici 411 nəfər artaraq 1692 olub.Onu da qeyd etmək lazımdır ki, ötən illərlə müqayisədə cari ildə kənd məktəblərində ciddi ehtiyac olan kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə işə qəbul olunanların sayında ciddi artım olub. Belə ki, coğrafiya fənni üzrə 230, fizika fənni üzrə 175, biologiya fənni üzrə 161, kimya fənni üzrə 89 nəfər işə qəbul olunub.Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli 279 nömrəli qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişikliklərin edilməsi də daha çox vakant yerin tutulmasına təsir edib.Müəllimlərin işə qəbulu qaydalarının şəffaflığı və obyektivliyi təmin etməsinin nəticəsidir ki, cari ildə keçirilmiş müsabiqədə 18 min nəfərədək müəllimin iştirak etməsinə baxmayaraq, nəticələrdən apelyasiya verən, demək olar ki, olmayıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol