• $
  • €
  • ₽
  • ₺
  • £

AZTV-də nələr baş verir? Tanınmış aparıcıya yüksək vəzifə verildi

AZTV-də nələr baş verir? Tanınmış aparıcıya yüksək vəzifə verildi
09.07.2019 16:22
Tanınmış teleaparıcı, vaxtilə "Avroviziya” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş Hüsniyyə Məhərrəmova AzTV-də yeni vəzifəyə təyinat alıb. 

Qaynarinfo xəbər verir ki, telejurnalist bundan sonra kanalın Beynəlxalq Əlaqələr və Protokol Departamentinə rəhbərlik edəcək.

H.Məhərrəmova xəbəri BakuPost.az-a təsdiqləyib. 

Onun sözlərinə görə, yeni vəzifəsində əsas işi AzTV-nin beynəlxalq yayım institutlarında uğurla təmsilçiliyinə nail olmaqdır. H.Məhərrəmova deyib ki, yeni dövrdə beynəlxalq layihələrin satın alınması və AzTV-yə cəlb edilməsinə çalışacaq: "Mən yuxumda da görə bilməzdim ki, dövlət televiziyasının bir üzvü ola bilərəm. Bu, mənim üçün qürurvericidir. Yeniləşən, gəncləşən AzTV-nin bir üzvü olmaq mənim üçün böyük şərəfdir. Çalışacam ki, Azərbaycan televiziyası beynəlxalq yayım institutlarında layiqincə təmsil olunsun. Bu, çox vacib məsələdir”.

H.Məhərrəmova onu da əlavə edib ki, beynəlxalq layihələr üzərində artıq işləməyə başlayıblar və ən qısa müddətdə bu layihələri konkretləşdirib, AzTV-də yayımını təmin edəcək, bununla da kanalın daha baxımlı olacağına çalışacaqlar. 

AzTV-də yalnız departament rəhbəri kimi yox, eyni zamanda aparıcı kimi də fəaliyyət göstərəcəyini açıqlayan H.Məhərrəmova ona iki verilişin həvalə olunduğunu vurğulayıb: "Verilişlərin tam formatı hələ ki müəyyənləşməyib, ancaq əyləncə janrlı proqramlar olacağını indidən söyləyə bilərəm”.

Qeyd edək ki, AzTV-də rəhbər dəyişikliyi baş verəndən sonra ciddi kadr islahatları başlayıb, bir neçə tanınmış teleaparıcıya yeni vəzifələr həvalə olunub. Peşəkarlarla yanaşı, yeni, gənc kadrlar kanala dəvət edilir, layihələr yenilənir. Verilişlərdə vətənpərvərlik mövzularının, ictimai əhəmiyyətli məsələlərin geniş şəkildə işıqlandırılmağa başlayıb. 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol