• $
  • €
  • ₽
  • ₺
  • £

Əvvəlcə, qadın paltarı geyindirdilər, indi kənddən qovurlar... - Azərbaycanda namus davası

Əvvəlcə, qadın paltarı geyindirdilər, indi kənddən qovurlar... - Azərbaycanda namus davası
10.07.2019 12:42
Bir müddət əvvəl Zərdab rayon Körpükənd kəndində iki qonşu arasında yaranan "namus davası"nda yeni detallar ortaya çıxıb. "Qafqazinfo”nun məlumatına görə, 70-ə yaxın kənd sakini imza toplayaraq Müşfiq Kərimovun ailəsi ilə birgə kənddən çıxarılmasını tələb edir. Buna səbəb isə M. Kərimovun oğlu Fərid Kərimovun qonşuları Mübariz adlı şəxsin gəlini A.H-nın nömrəsini başqa kənd sakinlərinə paylaması iddiasıdır.

Hətta bu hadisəyə görə bir müddət əvvəl Müşfiq Kərimova qadın paltarı da geyindiriblər. Belə ki, Mübarizlə birgə bir neçə nəfər F. Kərimovun atası M. Kərimova qadın paltarı geyindirərək icra nümayəndəliyinin qarşısında təhqir edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları M. Kərimovu təhqir edən  R.Babayev, Z.Əhmədov, T.Babayev və H.Həsənzadəni bir müddət əvvəl saxlayıb, sonra isə onlar məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Döyülən tərəfi narazı edən məqam isə həmin şəxslərin hələ də azadlıqda qalması və kənd sakinlərinin onlarla bağlı topladığı imzadır. Eyni zamanda, A.H-nın nömrəsini Fərid Kərimovun kiməsə verməsi faktının təsdiqinin tapmadığını əlavə ediblər.

Zərdab rayon Polis Şöbəsinin baş müstəntiqi Anar Süleymanov "Qafqazinfo”ya açıqlamasında 70 nəfərin ərizə yazması faktını təsdiqləyib. O bildirib ki, ərizələrin heç bir hüquqi əsası yoxdur: " Azərbaycan qanunvericiliyində ərizə yazmaqla kiminsə kənddən çıxarılması halı yoxdur.  Buna görə də, heç kim kənddən çıxarıla bilməz”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupunun baş inspektoru Aslan Qiyaslı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, M.Kərimovun döyülməsi faktı ilə bağlı cinayət işi başlanılıb: "Bu işlə bağlı istintaqın ilkin mərhələsində 4 nəfər saxlanılaraq həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilib. Məhkəmə bundan imtina edib, daha sonra prokurorluq apelyasiya protesti verib. Apelyasiya instansiyası da protesti təmin etməyib. Həmin şəxslər bu səbəbdən azadlıqda qalıb. Hazırda istintaq davam etdirilir, yekunda iş tamamlanaraq məhkəməyə göndəriləcək. İttiham olunan şəxslərin əməlinə məhkəmə tərəfindən hüquqi qiymət veriləcək”. 
Qeyd edək ki, hadisədə adı hallanan xanım 6 ildir ki, evlidir. Həyat yoldaşı isə hazırda həbsdədir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol