• $
  • €
  • ₽
  • ₺
  • £

Geni modifikasiya olunmuş (GMO-su olan) bitki növlərinin - SİYAHISI

Geni modifikasiya olunmuş (GMO-su olan) bitki növlərinin - SİYAHISI
10.07.2019 16:07
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) geni modifikasiya olunmuş maddələrin siyahısını yayıb.
 
Anews.az-ın məlumatına görə, Agentlik xüsusi olaraq əhalinin diqqətinə çatdırır ki, bəzən saxta reytinq xatirinə istehlak olunan bütün qida məhsullarının guya GMO-lu olduğunu bildirən ekspertlər nəzərə almalıdırlar ki, hazırda dünyada istehsal edilən genetik modifikasiya olunmuş bitki növləri sayı cəmi 30-dur. 

Ümumdünya Səhiyyə təşkilatı (WHO) geni modifikiasiya edilmiş bitkilərinin istehlakının insan üçün təhlükəsiz olması ilə bağlı bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə heç bir sağlamlığa yönəlmiş təsiri aşkar olunmamışdır. 
Avropa komisiyyasının verdiyi məlumata əsasən, 25 il ərzində 500 müstəqil tədqiqat müəssisəsində həyata keçirilmiş 150 tədqiqat proyekti zamanı GMO – nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmamışdır. Hal-hazırda da dünyanın bir çox ölkəsində GMO istehsalı ilə məşğul olan şirkətlər mövcuddur
Geni modifikasiya olunmuş bitki növlərinin SİYAHISI:
1 Pomidor (Lycopersicon esculentum) Kanada, Çin, Meksika, ABŞ
2 Yemiş (Cucumis melo) ABŞ
3 Alma (Malus x Domestica) Kanada, ABŞ
4 Kartof (Solanum tuberosum L) Rusiya
5 Əkin yoncası (Medicago sativa)
Argentina, Avstraliya, Kanada, Yaponiya, Meksika, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, ABŞ
6 Lobya (Phaseolus vulgaris) Brazilya
7 Pambıq (Gossypium hirsutum L.) Argentina, Avstraliya, Brazilya, Qərbi Afrika, Kanada, Çin, Kolumbiya, Efiopiya, AB, Hindistan,Yaponiya, Malaziya, Myanmar, Yeni Zelandiya, Paraqvay, Filippin, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, Tayvan, ABŞ, Svaziland
8 Badımcan (Solanum melongena) Bangladeş
9 Kətan (Linum usitatissimum L.) Kanda, Kolumbiya, ABŞ
10 Qarğıdalı (Zea mays L.) Argentina, Avstraliya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Kuba, Misir, AB, Honduras, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Panama, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam, Zambiya
11 Gavalı (Prunus domestica) ABŞ
12 Raps (Brassica rapa) Kanada
13 Düyü (Oryza sativa L.) Avstraliya, Kanada, Çin, Kolumbiya, Honduras, Yaponiya, İran, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Cənubi Afrika, ABŞ 
14 Qızıl gül (Rosa hybrida)
Avstraliya, Kolumbiya, Yaponiya, ABŞ
15 Saflor (Carthamus tinctorius L.) Avstraliya
16 Soya (Glycine max L.)
Argentina, Avstraliya, Boleviya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, AB, Hindistan, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Cənubi Aftrika, Cənubi Koreya, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam
17 Balqabaq (Cucurbita pepo) Kanada, ABŞ
18 Şəkər çuğunduru (Beta vulgaris) Avstraliya, Kanada, Çin, Kolumbiya, AB,Yaponiya, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Sinqapur, Cənubi Koreya, Tayvan, ABŞ
19 Şəkər qamışı (Saccharum sp) Brazilya, Kanada, İndoneziya, ABŞ
20 Şirin bibər (Capsicum annuum) Çin
21 Tütün (Nicotiana tabacum L.) AB, ABŞ
22 Yumşaq buğda (Triticum aestivum) Avstraliya, Kolumbiya, Yeni Zelandiya, ABŞ
23 Kanola (Brassica napus) Avstraliya, Kanada, Çili, Çin,AB, Malaziya, Meksika, Yeni Zelandiya, Filippin, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Taivan, ABŞ
24 Qərənfili (Dianthus caryophyllus) Avstraliya, Kolumbiya, AB, Yaponiya, Malaziya, Norveç
25 Adi kasnı (Cichorium intybus) ABŞ
26 Sürünən tarlaotu (Agrostis stolonifera) ABŞ
27 Evkalipt (Eucalyptus sp.) Brazilya
28 Papaya (Carica papaya) Kanada, Çin, Yaponiya, ABŞ
29 Petunya (Petunia hybrida) Çin
30 Qovaq (Populus sp.) Çin


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol