• $
  • €
  • ₽
  • ₺
  • £

8 nəfərin öldüyü qəza ilə bağlı dəhşətli faktlar üzə çıxdı

8 nəfərin öldüyü qəza ilə bağlı dəhşətli faktlar üzə çıxdı
10.07.2019 18:34
Sürücünün təhlükəlu idarəetməsindən qorxuya düşən ailə üzvləri yarı yolda maşından düşüblər
Dünən Masallıda 8 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza barədə yeni detallar ortaya çıxıb. Yük maşını ilə toqquşan "Mercedes Vito” markalı mikroavtobusun sürücüsü Elvin Zeynalov yol boyu maşını hədsiz yüksək sürətlə idarə edirmiş. Hətta yolda bununla bağlı ailə üzvləri ilə belə mübahisə edib.
Bu barədə saytımıza məlumat verən şəxs deyir ki, 8 nəfərin ölümünə səbəb olan sürücü Elvin Zeynalovun atası da bu işlə məşğuldur. Onların ikisi də – ata-oğul rayondan Bakıya sərnişin daşımaqla məşğul olur.
Bildirilir ki, Elvin Zeynalovun dəhşətli qəzanı törətdiyi gün rayondan yola çıxarkən onun ailə üzvləri də mikroavtobusda imiş. E.Zeynalovun həyat yoldaşı, övladı və bacısı yolda onun idarə etdiyi maşını tərk edib və onunla Bakıya gəlməkdən imtina edib.

Mənbə deyir ki, Astara-Bakı yolundakı "Hacıoğlular” restoranında çay fasiləsinə dayanan E.Zeynalovun ailə üzvləri onun maşını tərk edib və arxadan gələn atasının idarə etdiyi mikroavtobusa keçiblər. Buna səbəb isə E.Zeynalovun maşını yüksək sürətlə idarə etməsi olub. Ağır qəzanı törədən sürücünün ailə üzvləri onun maşını çox sürətlə idarə etdiyi barədə atasına şikayət ediblər və onunla getmək istəmədiklərini bildirib, atanın maşınına əyləşiblər.
E.Zeynalov isə yenə də mikroavtobusu yüksək sürətlə sürməyə davam edib və bir müddət sonra dəhşətli qəza baş verib.
E.Zeynalovun dayandığı restoranda onlarla bərabər çay içən digər sürücülər də onun maşınından düşüb atasının maşınına keçən ailə üzvlərinin yüksək sürətdən şikayətdən etdiklərini eşitdiklərini bildirib. (Bakupost.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol