Azərbaycanda 27 yaşlı qız qarpızdan zəhərlənib öldü

Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümə səbəb olub.
Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına daxil olub.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, qadın yediyi qarpızdan zəhərlənib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























