• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisləri yolda vəziyyəti pisləşən qadının həyatını belə xilas etdi - VİDEO

Yol polisləri yolda vəziyyəti pisləşən qadının həyatını belə xilas etdi - VİDEO
11.07.2019 11:46
Baş Dövlət Yol polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının ərazisində xidmət aparan yol polisləri qadının həyatını xilas edib.
 
Anews.az Avtosfer.az-a istinadan xəbər verir ki, tağımın əməkdaşları Anar Alışov və Asif Əzimov xidmət aparan zaman yol kənarında dayanmış "Qazel" markalı mikroavtobusun sürücüsü Zəka Kəlbizadə onlara əl edərək saxlamalarını istəyir. YPX əməkdaşları avtomobili saxlayıb nə baş verdiyi ilə maraqlanırlar.

Məlum olur ki, sərnişinlərdən biri Biləsuvar rayonu Xırmandalı kənd sakini Günel Abbaslının vəziyyəti pisləşib. YPX əməkdaşları dərhal qadını patrul avtomobilinə qoyaraq Cəlilabad rayon xəstəxanasına çatdmaq istəyiblər. Lakin yolda qadının vəziyyətinin daha da pisləşdiyini görən yol polisləri Alar kəndindəki tibb məntəqəsinə dönüblər. Orada qadına ilkin tibbi yardım göstərildikdən sonra yol polisləri yenidən patrul avtomobili ilə qadını Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra qadının həyatı riski aradan qalxıb.

Qeyd edək ki, hadisələr patrul avtomobilində olan kamera vasitəsiyə qeydə alınıb. Görüntüləri təqdim edirik:

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol