• $
  • €
  • ₽
  • ₺
  • £

Ağır vəziyyətdə olan Xalq artistindən ÜRƏKDAĞLAYAN SÖZLƏR

Ağır vəziyyətdə olan Xalq artistindən ÜRƏKDAĞLAYAN SÖZLƏR
11.07.2019 14:30
Həkimlər mənə səhhətim haqqında heç nə demirlər, amma görürəm ki, vəziyyətim pisdir, ölümcül haldayam.

Bu sözləri Kult.az-a açıqlamasında Xalq artisti Yalçın Rzazadə deyib. O, son günlər səhhətində yaranan problemlər barədə danışıb:

"Hazırda Mərkəzi Dənizçilər Xəstəxanasındayam. Bir neçə gündə nə qədər xəstəxana gəzmişəm. Vəziyyətim çox gərgindir. Neçə gündür ölümcül vəziyyətdə xəstəxanada yatıram, vəziyyətim gərginləşir. Öd kisəmdə problemlər var, mədəmdə yaralar əmələ gəlib. Müalicəm davam edir. Dörd saatdır ki, uzanmışam, yeriyə bilmirəm. Demək olar ki, o Yalçından əsər-əlamət qalmayıb”.

Xalq artisti özünə qarşı olan laqeyd münasibətdən gileylənib:
"Məni məhv edən bu xəstəlik yox, şəxsimə qarşı olan diqqətsizlikdir. Mən bütün həyatımı Azərbaycan xalqına, musiqisinə, mədəniyyətinə xərcləmişəm. Hesab edirəm ki, buna qarşılıq da olmalıdır. Hazırda mən özümü kimsəsiz, heç kimə lazımsız sənətkar hesab edirəm. Çünki bir neçə gündür ordan-ora gedirəm. Cəmi bir neçə dostum gəlir. Mən diqqətdə olan sənətkar idim. Belə kimsəzilik, biganəlik... Allah mənə ömür versə, yaşasam, bundan sonra da şərəfli yaşamağa çalışacağam. Mən indi heç kimə lazım deyiləm”.

Qeyd edək ki, bundan əvvəl Trend Yalçın Rzazadənin səhhətinin pisləşdiyini yazmışdı.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol