• $
  • €
  • ₽
  • ₺
  • £

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!
12.07.2019 17:46
Azərbaycan mobil rabitə bazarında internet istifadəçiləri üçün sərfəli tarif sayılan "CavanNar”-a qoşulan abunəçilərin sayı sürətlə artmaqdadır. Belə ki, ikiqat internetdən yararlanmaq imkanı verən "CavanNar” istifadəçilərinin sayı son 1 ayda 18% artıb. Bununla da martın ortasından abunəçilərin ixtiyarına verilən "CavanNar” paketlərindən istifadə edənlərin sayı 50 minə yaxındır.
 
Qeyd edək ki, "CavanNar”-a qoşulmaqla "İnstagram”, "Facebook”, "Twitter” və "VKontakte” kimi sosial şəbəkə istifadəçiləri həm daha çox internetdən istifadə edə, həm də daha çox ünsiyyət qura bilirlər. "CavanNar” tarifi  2 müxtəlif paketdə təqdim olunur. "CavanNar 9”-a qoşulmaq istəyənlər aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə əldə edə bilir. "CavanNar 6” isə istifadəçilərə aylıq 6 AZN ödəməklə 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışıq verir. "CavanNar” tarifinə istənilən yaş qrupuna aid insanlar qoşula bilərlər.
 
"CavanNar 9”-a qoşulmaq üçün "C9” yazıb 777-yə göndərmək və ya *777#9#YES yığmaq lazımdır. "CavanNar 6”-ya qoşulmaq üçün isə "C6” yazıb 777-yə göndərmək və ya *777#6#YES yığmaq kifayətdir.
 
Qeyd edək ki, "CavanNar” tarifinə qoşulan abunəçilər hazırda ölkədə ən geniş şəbəkələrindən birinə malik olan "Nar”-ın 4G şəbəkəsindən istifadə etməklə tam keyfiyyətdə yararlana bilərlər.
 
 "CavanNar” tarifi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol