Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində yanğın qeydə alınıb.
DYP-nın magistralda yerləşən postu yaxınlığındakı yaşıllıq zolağını ildırım vurub və ardınca yanğın başlayıb. Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülüb.