• $
  • €
  • ₽
  • ₺
  • £

Xan çinarının qırılması nəticəsində yaralananların adları açıqlandı: 5-i əcnəbidir - SİYAHI

Xan çinarının qırılması nəticəsində yaralananların adları açıqlandı: 5-i əcnəbidir - SİYAHI
14.07.2019 16:10
Şəkidə Xan Sarayında baş vermiş hadisə zamanı yaralananların adları açıqlanıb.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, baş vermiş hadisə ilə bağlı xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan 4 nəfərin vəziyyəti ağırdır.
Hadisə zamanı xəsarət alanların siyahısı:

Soltanova Sevinc - 1940-cı il təvəllüdlü, Rusiya vətəndaşı
Soltanova Laçın - 2004, Rusiya
Sara Hasan - 1998, Suriya (sağ budun qapalı travması çanaqda)
Farik al Hasan - 1952, Suriya
Mariya al Hasan - 2003, Suriya
Samira al Hasan - 1965, Suriya
Galia al Hasan - 1988, Suriya
Rəsulova Səbinə - 1983
Məmmədov Elxan - 1993 (onurğanın qapalı travması)
Məmmədova Səkinə - 1998
Teymurova Validə - 1995
Ağayev Fərid - 1996
Məmmədov İlkin - 1995 (ağır dərəcəli kəllə-beyin travması, sağ ayaqda sınıq)
Məmmədova Zemfira - 1994
Naibə Hüseynova - 1968
Cəfərova Məryəm - 1961
Niftəliyeva Könül - 1979
Xasiyeva Yasəmən - 1970
Ağamalıyeva Xatirə - 1987 (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok)
Fövqəladə Hallar Nazirliyinin helikopterləri hazırdır. Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunublar. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcəklər. Digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri normaldır.
Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Son günlər ölkədə müşahidə olunan güclü küləyə dözməyərək Xan çinarının budağının qırıldığı ehtimal edilir.
Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40, FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.
Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri dövlət başçısının xüsusi nəzarətindədir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol