• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə yeni təhsil sinifləri yaradılacaq

Məktəblərdə yeni təhsil sinifləri yaradılacaq
03.09.2014 14:25
Təhsil Nazirliyinin təşkilatçılığı ilə 132-134 nömrəli təhsil kompleksində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində 106 məktəbin direktoru üçün seminar keçirilib. ANN.Az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, seminarda Təhsil Nazirliyinin sektor müdiri Rüfət Əliyev, Milli Təhsil Texnologiyaları Mərkəzinin rəhbəri Şahin İsmayılov və layihənin sınaqdan keçirildiyi müddətdə konsaltinq xidməti göstərən Rusiya Yaradıcı Pedaqogika Akademiyasının həqiqi üzvü, “Uşaqların Sağlamlığı Naminə Rusiya İttifaqı” ictimai hərəkatının rəhbəri akademik Vladimir Filipoviç Bazarnıy “Sağlam təhsil sinifi” layihəsinin təqdimatını keçiriblər.“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində hazırlanan “Sağlam təhsil-sağlam millət” layihəsi ötən ildən həyata keçirilməyə başlanılıb. Layihə çərçivəsində müxtəlif məktəblərdə ayrı-ayrı yaş qrupları üzrə 10 000 şagird arasında davamlı tibbi-gigiyenik gender, psixoloji-pedoqoji monitorinqlərin keçirilməsi və mərhələlər üzrə hesabatların hazırlanması nəzərdə tutulur. Ekspertlər ötən müddət ərzində 2500 şagird arasında monitorinqi başa çatdıraraq ilkin məlumatları təqdim ediblər.Araşdırmalar əsasında Təhsil Nazirliyi “Sağlam təhsil” vasitələri üzrə normativ sənədlər hazırlayır. Bu vasitələrə aid olan binalar, mebellər, sinif tərtibatı, avadanlıq, ləvazimatlar və dərsliklər Milli Təhsil Texnologiya Mərkəzinin nəzdində yaradılmış tibbi-gigiyenik, gender və psixoloji-pedoqoji ekspertiza qrupu tərəfindən öyrəniləcək və tədricən tələblərə uyğun təkmilləşdiriləcək. Beləliklə, təhsil texnologiyalarının şagirdlərin sağlamlığına mümkün qədər az zərər vurmasına nail olunacaq.Layihə çərçivəsində artıq ölkəmizin məktəblərində 12 “Sağlam Təhsil” sinifi yaradılıb və onlar yeni dərs ilindən fəaliyyətə başlayacaq. Şagirdlər arasında monitorinq işləri davam etdikcə “Sağlam Təhsil” siniflərinin sayı artırılacaq.Yaxın zamanda “Sağlam Təhsil” məktəblərinin layihələrinin hazırlanması da nəzərdə tutulur. Layihələr hazır olduqdan sonra yeni məktəblər “Sağlam Təhsil”in tələblərinə uyğun tikiləcək.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol