SON DƏQİQƏ: türk gəmisinə hücum edildi, 10 nəfər GİROV GÖTÜRÜLDÜ (YENİLƏNDİ)

"Anadolu Agentliyi”nin xəbərinə görə, "Paksoy 1”in göyərtəsində 18 nəfər olub.
***
15:29
Kamerunun Douala limanından Fildişi sahillərinin Abidjan limanına doğru hərəkət edən "Paksoy-1” adlı türk gəmisi Nigeriya yaxınlığında dəniz quldurlarının hücumuna məruz qalıb.
Bu barədə gəminin məxsus olduğu "Kadıoğlu Denizcilik” şirkətindən açıqlama verilib. Açıqlamada bildirilib ki, gəmidəki əlaqə və kəşfiyyat cihazlarına zərər vurulub. Ölən və ya yaralanan yoxdur. Girovların geri qaytarılması üçün danışıqlar aparılır.(publika)
www.anews.az
Son xəbərlər 
Daha çox 























