• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Gürcüstan müharibəyə sürüklənir: Yeni qaçqın dalğasına hazırıqmı?

Azərbaycan və Gürcüstan müharibəyə sürüklənir: Yeni qaçqın dalğasına hazırıqmı?
17.07.2019 18:07
Nə Gürcüstanın, nə də Azərbaycanın yeni bir münaqişəni qaldıracaq gücü və taqəti var.

Politoloq Şahin Cəfərli Redaktor.az-a açıqlamasında Gürcüstan-Azərbaycan münasibətlərinin vəziyyətinə aydınlıq gətirib. Politoloq hesab edir ki, hər iki ölkə bir-birinə ehtiyac duyur, qarşılıqlı asılılıqları mövcuddur:

"Gürcüstanda oradakı türkləri ölkədən qovmaq istəyən radikal millətçi və faşist çevrələr var. Bunların hamısı olmasa da, bir qismi şimaldan yönləndirilir və son illər İvanişvili hökumətinin Rusiya ilə yaxınlaşmasının təbii sonucu olaraq ciddi şəkildə fəallaşıblar. Əsgərlərimiz silahsız dəstəni atəşə tutsa və qan tökülsəydi, həmin çevrələrin çoxdan arzuladığı situasiya yarana və çox təhlükəli, zəncirvari reaksiyalar başlaya bilərdi. Demirəm ki, yüzdə yüz belə olardı, amma neqativ ssenarini bir ehtimal kimi rədd etməyə əsasımız yoxdur, qığılcımdan alov doğur. Yaranacaq xaotik situasiyada ən birinci oradakı soydaşlarımızın zərər çəkəcəyini bilmək üçün analitik olmağa ehtiyac yoxdur”.

Ş. Cəfərli qeyd edib ki, yeni bir itkiyə, növbəti qaçqın dalğasını qarşılamağa hazır olub-olmadığımızı aydınlaşdırmalıyıq:
"Göyçə, Zəngəzur, Dərələyəz, Qarabağ, Güney və sairə və ilaxır travmalar kimi, bir Borçalı, Qarayazı travmasının da yaşanması toplumumuza daha bir ağır və sağalmaz zərbə vurar. Buna qətiyyən yol vermək olmaz, ona görə də məsələyə sırf DSX-nın daxili nizamnaməsi çərçivəsində deyil, daha geniş baxmağa çalışmalıyıq. Əlbəttə, bu, o demək deyil ki, Azərbaycan dövləti aciz, reaksiyasız qalmalı və təxribatçı, yaxud təxribatçı məqsəd güdməsə belə, qanunazidd hərəkətləri cavabsız qoymalıdır. Nəinki zəif və kiçik Gürcüstana, yeri gələndə nəhəng və güclü Rusiyaya qarşı da iradə ortaya qoyulmalıdır - özünə hörmət edən və kənardan ona hörmət edilməsini istəyən dövlət belə olmalıdır”.

Politoloq vurğulayıb ki, emosiyalarla yox, ağılla hərəkət etmək və strateji düşünmək lazımdır:

"Bu baxımdan Azərbaycan XİN-in hadisəyə ilkin reaksiyası normal və adekvatdır. Sərhəddəki məsələ dünən spontan şəkildə yaranmadı, bu problem müstəqillikdən bəri var və sərhədçilər tərəfindən yox, dövlətlərarası səviyyədə həll olunmalıdır. Hökumətlər demarkasiya-delimitasiya prosesini birdəfəlik yekunlaşdırılmalıdır ki, hər şey qarşı tərəf üçün də, bizim üçün də aydın olsun və həmin əraziyə mübahisəli zona kimi baxılmasın”.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol