• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 655 məhkum cəza çəkməkdən azad olunub - RƏSMİ

Azərbaycanda 655 məhkum cəza çəkməkdən azad olunub - RƏSMİ
17.07.2019 18:10
Bu ilin 6 ayı ərzində Azərbaycanda 655 məhkum cəza çəkməkdən azad olunub. 

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş İdarəsində 2019-cu ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, Cinayət Məcəlləsində dəyişikliklərə dair Qanunun icrası davam etdirilib. Penitensiar müəssisələrdə cəza çəkən 6549 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib. Məhkəmə qərarları əsasında 655 məhkum cəza çəkməkdən azad olunub, 2512 məhkumun cəza müddəti azaldılıb, 437 məhkumun isə cəzaçəkmə rejimi dəyişdirilib.

Hesabat dövründə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 385 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib. Penitensiar Xidmətin əməliyyat aparatının təşəbbüslü məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilmiş odlu və soyuq silah, habelə sursat götürülərək aidiyyəti orqanlara təhvil verilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol