• $
  • €
  • ₽
  • ₺
  • £

ƏHALİNİN DİQQƏTİNƏ: Bakı metrosunda XÜSUSİ REJİM

ƏHALİNİN DİQQƏTİNƏ: Bakı metrosunda XÜSUSİ REJİM
19.07.2019 14:20
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq.

Bu barədə Lent.az -a"Bakı Metropoliteni"Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın idman tarixinə yazılacaq daha bir çoxnövlü idman yarışı zamanı Bakı metropoliteni sərnişinlərinə nümunəvi xidmət göstərməyə tam hazırdır. İyulun 20-dən 28-dək Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məqsədilə yarışların təşkilat komitəsi ilə müntəzəm əlaqəli fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-də bununla bağlı bütün müvafiq tədbirlər görülüb.

Şəhərimizdə keçirilən sosial-mədəni kütləvi tədbirlər zamanı "Bakı Metropoliteni"nin nəzərdə tutulan əməliyyat planı yarışların əhatə dairəsi, keçiriləcəyi məkanlar, həmçinin qonaqların hərəkət edəcəyi əsas istiqamətlər nəzərə alınmaqla tərtib olunaraq, qatarların hərəkətinin təşkili və sərnişin axınının tənzimlənməsinə cavabdeh olan bütün sahələrə müvafiq tapşırıqlar verilib.

Ümumən sərnişinlərin təhlükəsizliyi və rahatlığı məqsədilə metropoliten stansiyaları və elektrik deposu gücləndirilmiş iş rejimi şəraitində fəaliyyət göstərəcək. Bu xüsusda əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün ehtiyat qatarların ayrılması nəzərdə tutulub. Yarışların sıx keçiriləcəyi məkanlara yaxın, şəhərin mərkəzi hissəsində yerləşən, həmçinin əsas sərnişin axını gözlənilən stansiyalarda növbətçilik cədvəlləri tərtib olunmaqla əlavə işçi personalın ayrılması planlaşdırılıb. Yarışlar zamanı kütləviliyi ilə seçilən tədbirlər – açılış və bağlanış mərasimləri zamanı yerüstü ictimai sərnişindaşıma nəqliyyatı ilə sıx inteqrasiya olunmuş fəaliyyət planı da işlənilərək hazırlanıb.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol