• $
  • €
  • ₽
  • ₺
  • £

SON DƏQİQƏ: Qadın bokusçumuz barəsində cinayət işi açıldı

SON DƏQİQƏ: Qadın bokusçumuz barəsində cinayət işi açıldı
19.07.2019 16:01
Boks üzrə milli komandamızın üzvü Məryəm Cəbrayılova barəsində cinayət işi başlanıb.

Oxu.Az xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozma) maddəsi ilə ittiham irəli sürülüb.
Belə ki, o, Günay Zeynalovaya qarşı xuliqanlıq edib.

M.Cəbrayılovanın cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ağamalı Qafarovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, zərərçəkmiş G.Zeynalova daha əvvəl mətbuata açıqlamasında bildirib ki, avtomobillə Xaqani bağı istiqamətində hərəkət edərkən əks yoldan daxil olan M.Cəbrayılovanın da içərisində olduğu avtomobil onun qarşısını kəsib və yolu bağlayıb.

G.Zeynalova etirazını bildirdikdə isə avtomobildən düşən M.Cəbrayılova ona hücum edib, pəncərədən əlini uzadıb, üzünə yumruq vurub. Hətta yenicə əməliyyat olsa da, onun yarasının üstünə zərbələr endirib.

M.Cəbrayılova açıqlamasında yaşananların G.Zeynalova tərəfindən şişirdildiyini və həmin qadına əl qaldırmadığını deyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol