• $
  • €
  • ₽
  • ₺
  • £

"Neftçi"nin kapitanı: "Təklif gəlsə, düşünərəm"

"Neftçi"nin kapitanı: "Təklif gəlsə, düşünərəm"
20.07.2019 19:30
"İlk növbədə öz klub karyeramı düşünürdüm. Legioner kimi Premyer Liqada oynamaq demək olar mümkünsüz idi”. 

APA-nın məlumatına görə, bunu Azərbaycan millisinin və "Neftçi”nin futbolçusu Emin Mahmudov Rusiya mətbuatına müsahibəsində deyib.

O, futbol vətəndaşlığını dəyişib Azərbaycan yığmasında oynamağa başlamasının Portuqaliya "Boavişta”sına keçməklə eyni vaxta təsadüf etməsinə aydınlıq gətirib: "Gedəndə başa düşdüm ki, artıq yığmada oynamaq vaxtıdır. Azərbaycandan çox zəng edib çağırırdılar. Fikrimdən daşındırmağa çalışan da olmadı. 18 yaşında "Spartak”a yeni keçəndən gəlib Azərbaycan yığmasında oynamağa çağırırdılar”.

E.Mahmudov yenidən Rusiya klubunda oynamaq variantı barədə də danışıb: "İndi bütün fikirlərim "Neftçi” ilə bağlıdır. Təklif gəlsə, düşünərəm. Amma indi danışılası bir şey yoxdur. Son illər FNL-dan hansısa variantlar var idi. Amma burda Azərbaycan futbolunun liderində, avrokuboklarda oynamaq daha yaxşıdır”.

Yarımmüdafiəçi millimizin AVRO-2020-nin seçmə mərhələsində çox güclü qrupa düşməsi və start barədə fikirlərini bildirib: "Biz dərhal başa düşdük ki, çox ağır olacaq. Xorvatiya ümumiyyətlə heç bir təəssürat oyatmadı. Meydanda gəzirdilər. Slovakiya daha çox diqqətimizi çəkdi. İlk dəfə görürəm ki, hərəkət, ötürmələrlə bizə qarşı belə oynayırlar. Hamşik sadəcə top oyunçudur. Sonradan futbolçularla zarafatlaşırdıq ki, ona belə tapşırıq verilib ki, topa iki dəfədən artıq toxunmadan ötürmə versin. Superfutbolçu bizə qarşı Modriçdən də yaxşı oynadı”.

Futbolçu legionerlərin milliləşməsinə münasibət, həmçinin Eddi İsrafilov haqda sualı da cavablandırıb: "Hər yerdə olduğu kimi fikirlər fərqlidir. Əgər oyunçu öz mövqeyində daha güclüdürsə və milliyə kömək edirsə, heç kim narazı qalmır. Bizdə bir braziliyalı – Riçard Almeyda var. Amma o, Azərbaycanda beş ildən çox yaşayıb və artıq digərləri kimi vətəndaş olub. Eddinin anası azərbaycanlıdır. Baxmayaraq ki, o, ömrü böyü İspaniyada yaşayıb və indi orda da yaşayır. Bu üzdən də tam milliləşmiş sayıla bilməz”.

E.Mahmudov Avropanın futbol mərkəzlərindən birinə çevrilən Bakını AVRO-2020-yə hazır sayır: "Daim yeni nə isə tikilir. Amma turistlər üçün hər şey hazırdır. Bütün infrastruktur, görməli yerlər, restoranlar var. Axı burda böyük turnirlər keçirilib”.

Yarımmüdafiəçi Avropa Liqasının Bakıdakı finalı və "Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın oyuna gəlməkdən imtinası barədə fikirlərini bildirib: "Finalı Azərbaycan millisi ilə birlikdə izlədim. Məncə, yeganə problem qaçış zolaqlarıdır. Amma bununla "Lujniki”dən Romaya qədər bütün Olimpiya stadionlarında üzləşirlər. Ola bilər İngiltərədən olan azarkeşlərə bizə gəlmək çətin idi. Amma finala "Ayntraxt” çıxsaydı, əminəm ki, daha çox azarkeş olardı. Biz AVRO-2020-nin seçmə mərhələsində Macarıstana oynayanda çox sayda qonaqlar gəlmişdi. Düzünü desəm, insanlar üçün Mxitaryanın gəlib-gəlməməsinin fərqi yoxdur. Onun gəlməməsi müzakirə olunmadı. Daha artığını deyim. Həmin vaxt – mayın sonunda Bakıda beynəlxalq turnir keçirilirdi. Ora erməni oğlan və qız idmançılar gəlmişdilər. Hər şey sakit keçdi. Əminəm ki, Mxitaryanla da belə olardı. "Arsenal”ın bütün oyunçuları təhlükəsizlikdə olacaqdı. Kim aydın olmayan nəyə görə isə bütün ölkənin nüfuzu ilə risk edərdi ki?”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol