• $
  • €
  • ₽
  • ₺
  • £

Masazırda film kimi olay: Qara 'BMW' 5 maşını vurdu, sürücünü vəhşicəsinə döydü - VİDEO

Masazırda film kimi olay: Qara 'BMW' 5 maşını vurdu, sürücünü vəhşicəsinə döydü - VİDEO
21.07.2019 15:58
Bu gün Bakı-Sumqayıt yolunun Masazır dairəsində film kimi cinayət hadisəsi baş verib. Saytımızın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə hadisə zamanı 1 nəfər ciddi xəsarət alıb, 5-dən çox avtomobil zərər çəkib. 
Hadisə 90 NL 620 dövlət qeydiyyat nişanlı 'BMW 750' markalı avtomobilin 99 SV 076 dövlət qeydiyyat nişanlı 'Hyundai Elantra' markalı avtobili təqibindən sonra başlayıb. Yüksək sürətlə hərəkət edən 'BMW' markalı avtomobilin sürücüsü 'Elantra'nı Masazır dairəsində tıxaca salır və surətlə arxasından vurur. Vurduqdan sonra əsəbi soyumayan sürücü surəti artıraraq 'Elantra'nı yoldan çıxarmağa çalışır. 5-dən çox avtomobil də bu zaman ciddi zərər görür. 
Məlumata görə olayların ən dəhşətli hissəsi isə bundan sonra başlayır. 'BMW'dən düşən 3-4 nəfər idmançı təəssüratı bağışlayan gənc əvvəlcə 'Elantra' sürücüsünü maşından çıxarır, sonra elə Masazır dairəsində də ölümcəsinə döyürlər. Döyülən şəxsə qarşı başqa avromobildən düşən şəxslər də hücum edir. Ətrafdakı insanların müdaxiləsi nəticəsində 'Elantra' sürücüsü ölümdən yaxa qurtarır. Məsələnin ən maraqlı tərəfi isə budur ki, 'vorzakon'lar öz 'işlərini'gördükdən sonra öz avtomobilləri ilə yanaşı döyülən şəxsin də avtomobilini sürərək hadisə yerindən uzaqlaşırlar.
Döyülən şəxsin müxbirimizə verdiyi məlumata görə hadisə onun dostu ilə bu şəxslər arasında baş verən mübahisəyə görə olub. 
Daha sonra hadisə yerinə DYP əməkdaşları gələrək döyülən şəxsi ərazidən uzaqlaşdırıblar.(avtosfer.az)
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol