• $
  • €
  • ₽
  • ₺
  • £

Minlərlə insana şad xəbər - BU PROBLEMLƏRİ HƏLL OLUNACAQ - FOTO

Minlərlə insana şad xəbər - BU PROBLEMLƏRİ HƏLL OLUNACAQ -  FOTO
23.07.2019 14:43
"Azərişıq” ASC-nin növbəti karvanı iki rayonda 25 min istehlakçının elektrik enerjisi təchizatını yaxşılaşdıracaq.

Oxu.Az-ın məlumatına görə, ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev jurnalistlərə açıqlamasında bildirib ki, dayaqlardan, yeni komplekt transformator məntəqələrindən (KTM), kilometrlərlə uzunluqda kabellərdən və digər zəruri avadanlıqlardan ibarət yükü "Azərişığ”ın mərkəzi təchizat anbarından götürən ağırtonnajlı yük avtomobilləri Goranboy və Sabirabad rayonunun qəsəbələrinə istiqamət alıb:

"Bu maşın karvanının apardığı 12 KTM, bir neçə min km elektrik verilişi xətləri, dörd min ədəd dəmir-beton dayaqlar, SİP-kabellərlə Goranboy rayonunun Tapqaraqoyunlu, Rus Borisi kəndlərinin, Sabirabad rayonunun Sərxanbəyli və Moranlı kəndlərinin və bəzi digər yaşayış məntəqələrinin elektrik təsərrüfatı yenilənəcək. Göndərilən avadanlıqlar Goranboy və Sabirabad rayonları üzrə 25 min istehlakçını əhatə edəcək.


"Azərişıq” tərəfindən ölkə Prezidentinin göstərişi əsasında Azərbaycan regionlarının, Bakı şəhəri və onun ətraf qəsəbə və kəndlərinin elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdiriləcək”.

Xatırladaq ki, bu, 2019-cu ilin əvvəlindən bəri "Azərişıq” tərəfindən genişmiqyaslı yenidənqurma işləri üçün yola salınan 12-ci maşın karvanıdır.
Bundan əvvəl Beyləqan, Ağstafa, Ağsu, Şamaxı, Qəbələ, Cəlilabad, Lənkəran, Sabirabad rayonlarına və Bakının Xəzər rayonunun Binə qəsəbəsi və Binəqədi rayonunun "Kənd Binəqədi”, Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrinə belə karvanlar yola salınıb.

"Azərişıq” ölkənin bütün regionlarında, ucqar dağlıq bölgələrində də elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirir. Bu işlərin 2019-cu ilin II yarısı ərzində də fasiləsiz davam etdirilməsi nəzərdə tutulur.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol