• $
  • €
  • ₽
  • ₺
  • £

Abituriyentlərə ŞAD XƏBƏR — Keçib balları aşağı SALINIR

Abituriyentlərə ŞAD XƏBƏR — Keçib balları aşağı SALINIR
24.07.2019 19:22
"Bu il keçid balları 20-50 bal daha aşağı ola bilər”.
"Ölkə.Az"ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.
O bildirib ki, bunu ümumi nəticələri təhlil edərkən demək mümkündür, çünki bu il 650 və daha artıq bal toplayan abituriyentlərin sayı 143 nəfər olub. Onun sözlərinə görə, ötən il 650 və daha artıq bal toplayan abituriyentlərin sayı 369 nəfər idi. 600 və daha artıq bal toplayan abituriyentlərin sayı isə bu il 554 olub, ötən il bu rəqəm 880 nəfər idi: "Eyni zamanda bu il 200 və artıq daha bal toplayan abituriyentlərin sayı 10524, 150 və daha artıq bal toplayan abituriyentlərin sayı 15101-dir. Ötən il isə 200 və artıq daha bal toplayan abituriyentlərin sayı 13169, 150 və daha artıq bal toplayan abituriyentlərin sayı isə 16649 nəfər olub”. 
DİM rəsmisinin sözlərinə görə, ancaq 230-240 bal toplayan abituriyentin 290 ballıq yer yazması riskli ola bilər: "Aşağı bal toplayan abituriyentlər 200 ballıq yerləri yazsalar daha yaxşı olar. Çünki əvvəllər II mərhələ üçün 3000-4000 plan yeri boş qalırdı. Ancaq yeni qaydalara görə, artıq subbakalavrlar da həmin yerlərə qəbul olmaq üçün seçim edəcəklər. Bu il 14 mindən artıq subbakalavr eyni vaxtda seçim edəcək”.
O qeyd edib ki, keçid balının formalaşması müsabiqə yekunlaşanda bilinir və bunun üçün bir sıra parametlər var: "Bu, ilk növbədə abituriyentlərin sayından, imtahan nəticələrindən və plan yerlərinin sayından asılıdır. Abituriyent jurnalları vasitəsilə qəbul planının yerlərinə baxmaq lazımdır. Məsələn, bu il I ixtisas qrupu üzrə 15223 qəbul planı ayrılıb, ötən il isə bu rəqəm 14475 idi, yəni bu il 748 plan yeri fərqi var. Dövlət sifarişli yerlərin sayında kəskin artım var. Bu il dövlət sifarişli qəbul yerlərinin sayı 9351-dir, ötən il isə bu rəqəm 5731 yer idi. Yəni ötən illə müqayisədə bu il 3620 yer artıqdır”. 
Qeyd edək ki, ali məktəblərə ixtisas seçimi avqustun 6-da qədər davam edəcək. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol