• $
  • €
  • ₽
  • ₺
  • £

Onun sizin köməyinizə ehtiyacı var - Cəmi 20 min manat 5 yaşlı Məryəmi bu xəstəlikdən xilas edəcək

Onun sizin köməyinizə ehtiyacı var - Cəmi 20 min manat 5 yaşlı Məryəmi bu xəstəlikdən xilas edəcək
25.07.2019 11:45
Onun indi yeriyən, qaçan, oynayan vaxtlarıdır. Amma o, nə yeriyə, nə gəzə, nə də oynaya bilir. Bununla da o, ömrünün uşaqlıq çağını yataqda keçirməkdə davam edir. Çünki o, 5 ildir serebral iflic xəstəliyindən əziyyət çəkir. Söhbət 2014-cü il təvəllüdlü Məryəm Abbasovadan gedir.

Anews.az xəbər verir ki, Bakı şəhər sakini Əzimova Lalə Məzahir qızı serebral iflic xəstəliyindən əziyyət çəkən 5 yaşlı övladının müalicəsinə lazım olan vəsaitin toplanması üçün imkanlı şəxslərə müraciət edib. 

O, 5 ildir ağır xəstəliyə düçar olan qızının müalicəsinə və sağalmasına lazım olan vəsaitin toplanması üçün imkanlı şəxslərdən xahiş edib: "Qızım Məryəm 5 ildir ki, serebral iflic xəstəliyindən əziyyət çəkir. Uşaq nə ayaqüstə dayana bilir, nə də yeriyə bilir. Bu müddət ərzində qızım Bakıdakı xəstəxanalarda müayinə və müalicə olunub. Amma bu müalicələr heç bir müsbət nəticə verməyib. Sonradan həkimlərin məsləhəti ilə uşağı Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin Sankt-Peterburq şəhərində yerləşən Q.İ.Turner adına Elmi-Tədqiqat Uşaq Ortopedik Klinikasına apardıq. Orada hər iki ayaqlarından axiloplastik və xarici artrodez əməliyyat olundu. Bundan sonra uşaqda müəyyən irəliləyişlər meydana gəldi. Amma əməliyyat edən həkimlər uşağın bir il müddətinə idman və hovuz reabilitasiya prosedurlarının keçməsinin vacib olduğunu dedilər. Bu reabilitasiyalar isə ən yüksək səviyyədə Litvanın Vilnus şəhərində, ya da Rusiyanın Sankt-Peterburq şəhərindəki uşaq reabilitasiya klinikalarında həyata keçirilir. Həkimlər qızımın reabilitasiya proseslərindən sonra tam müalicə olunaraq ayağa qalxacağına və yeriyəcəyinə söz veriblər. Amma bu müalicənin xərcləri o qədər çox olmasa da, mənim maddi vəziyyətim buna imkan vermir. Çünki həkimlər qızımın ayağa qalxması üçün 20 min manat lazım olduğunu bildirdilər. Mən imkanlı şəxslərdən xahiş edirəm ki, övladımın müalicəsi və sağalmasına lazım olan vəsaitin toplanması üçün köməklik göstərsinlər”.

"Hər bir valideynin arzusudur ki, övladı yerisin, danışsın, desin, gülsün, məktəbə getsin. Mən də bir ana kimi bu gözəl günləri görmək istəyirəm. Ona görə də hər kəsdən xahiş edirəm ki, kimin gücü nəyə çatırsa, yardım etsinlər”, deyə Məryəmin anası bildirib.

Balaca Məryəmin sağalması üçün yardım etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər:

Kapital bank: 388 109 44005 79 88 22 121 

Əlaqə nömrəsi: 055 679 35 88; 012 427 63 61 (Məryəmin babası Məzahir)
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol