• $
  • €
  • ₽
  • ₺
  • £

"Hələ də anlaya bilmirəm ki..." — Qəzaya uğrayan pilotun xanımı göz yaşlarına boğuldu

"Hələ də anlaya bilmirəm ki..." — Qəzaya uğrayan pilotun xanımı göz yaşlarına boğuldu
25.07.2019 18:47
"Çox vətənpərvərdi. Sənətini, işini çox sevir... Nə baş verdiyini hələ də anlaya bilmirəm...Məni bağışlayın, danışa bilmirəm...”
Anews.az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında dünən gecə saatlarında Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəzaya düşən polot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva deyib.
Göz yaşları ilə sözünün davamını gətirə bilməyən hərbçi xanımı həyat yoldaşının sağ-salamat qayıdacağına ümid etdiyini bilirib.
Qəzaya uğrayan hərbçinin qayınatası sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə hadisənin təfərrüatları haqda bunları deyib: "Axtarışlar ciddi şəkildə davam etdirilir. Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, hətta əhali belə axtarışlara cəlb olunub. Biz də ümidlə yaxşı xəbər gözləyirik. Bizə də hadisənin necə baş verməsi haqda ətraflı heç nə demirlər”.
Q.Hüseynli kürəkəninin peşəkar hərbçi oluğunu da qeyd edib: "Rəşadın 34 yaşı var. Heydər Əliyev adına Hərbı Akademiyanın məzunudur. Yüksək səviyyəli pilotdur. Yaxşı hərbi təlim keçmişdi. Hərbi hissə komandirinin müaviniliyinə qədər yüksəlib . Türkiyədə keçirilən təlimlərın olub. TÜRKAP hərbi təlimlərinin hamısında iştirak edib. Hərbi hissədə də hamının yanında hörmət qazandığını görürəm. Hamısı peşəkarlığından danışırlar”.
Q.Hüseynli bildirib ki, R.Atakişiyev gecə təlimində yalnız olmayıb: "Onunla yanaşı daha iki təyyarə havaya qalxıb. Amma adətən "Miq-29”lar tək adamlıq oluğundan təyyarədə yalnız olub. Komandiri də onunla eyni vaxtda təlimdə iştirak edib. Gecə döyüş hazırlığı təlimində düşmən təyyarəsinə hücumun variantlarını sınaqdan keçiriblər. Digər iki təyyarə yerə enib. Amma Rəşadın olduğu təyyarə radarda itib”.
Qabil Hüseynli də pilotun tapılaçağına ümid etdiyini bildirib: "Ümidimiz Allahadır. Səbirlə axtarışların sonunu gözləyirik”
Qeyd edək ki, Rəşad Atakişiyevin iki oğlu var.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol