• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkilləri insanlara çağrış etdi: BU HALLAR PİS NƏTİCƏLƏR VERƏ BİLƏR

Millət vəkilləri insanlara çağrış etdi: BU HALLAR PİS NƏTİCƏLƏR VERƏ BİLƏR
29.07.2019 16:28
11 illik orta məktəb dövrünü başa vuran hər bir şagird abituriyent kimi  özünün arzuladığı  ixtisasa sahib olmaq istəyir. Əksər hallarda valideynlər bu prosesə müdaxilə edir. Onlar öz istədikləri ixtisası seçib, övladlarını həmin peşənin, ixtisasın sahibi kimi görmək istəyirlər.

Amma düşünmürlər ki, məcburi şəkildə övladlarına nəyisə sevdirmək istəmələri çox pis nəticələr verə bilər. Əslində belə valideynlər özləri də istəmədən övladlarının gələcəklərini alt-üst edirlər.

Valideynlərin ixtisas seçiminə qarışması və abituriyenti  istəmədiyi  sahəyə təhrik etməsi nə dərəcədə doğrudur?
Qarşılıqlı anlaşma olmalıdır, yoxsa  bu işi yalnız abituriyentin öhdəsinə  buraxmaq lazımdır?
 
Modern.az mövzu ilə bağlı bir neçə deputata müraciət edib
 
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Deputat Asim Mollazadə  deyir ki, valideynlər  təbii olaraq uşaqlarının istəklərinə hörmətlə yanaşmalıdır:
 
"Uşaqların gələcəyi birgə şəkildə müəyyənləşdirilməlidir. Hər hansı bir inzibati qaydada müdaxiləni düzgün hesab etmirəm. Uşaqlar da valideynlərin təkliflərini müzakirə üçün qəbul etməlidir. Yəni bu qərar  qarşılıqlı münasibətlər əsasında qəbul edilə bilər”.
 
Deputat Musa Qasımlının sözlərinə görə , hər bir abituriyent  ixtisas seçimində sərbəstdir:
 
"Hesab edirəm ki, valideynlər də onların arzu və istəklərini nəzərə almalıdır. Peşə seçmək sevgi məsələsidir. Əgər bir insan istəmədiyi bir sənətə yiyələnərsə, sonradan onun cəmiyyətə heç bir faydası olmaz və o sahə üzrə gələcəkdə işləmək istəməz”.
 
Deputat  Ağacan Abıyev deyir ki, ata-ana övladını daha yaxşı  tanıyır, onlar bilir ki, uşağı hansı sahədə uğurlu ola bilər:
 
"Bu məsələyə qarışmaq olmaz. Hərdən uşaq bilmir, illər keçəndən sonra  anlayır ki, vaxtında ata-ananın sözünə qulaq asmaq lazım imiş. 15-16 yaşlı uşaq hansı təcrübəyə tam olaraq malikdir ki, özbaşına  ixtisas seçə bilsin? Bu cür məsələlərdə valideyn mütləq yol göstərməlidir ki, uşaq da düzgün ixtisasa yiyələnsin”.
 
Qeyd edək ki, ölkə ərazisində iyulun 24-dən etibarən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Proses avqust ayının 6-dək davam edəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol