Azərbaycanda ilahiyyatçının oğlunun ölümü ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - FOTO

Cəlilabad rayonunda 20 yaşlı oğlanın bədbəxt hadisə nəticəsində ölməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.
Anews.az xəbər verir ki, Cəlilabad şəhəri Qurtuluş küçəsində yerləşən və "İran bazarı" adı ilə tanınan ticarət mərkəzinin banında təmir işləri apararkən 1999-cu il təvəllüdlü Məmmədli Murtəza Həsən oğlunun cərəyan vurub öldürməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş açılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
www.anews.az
























