Azərbaycanın Müdafiə naziri Pakistana başsağlığı verib

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayata, Ordu komandanı general Qamar Caved Bacvaya və Federal Müdafiə naziri cənab Pervez Xattaka başsağlığı ünvanlayıb.
ONA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, başsağlığında deyilir: "Hərbi təyyarənin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin”.
Qeyd edək ki, Pakistanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Son xəbərlər 
Daha çox 