• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc medalları əməkdaşlarına təqdim etdi

Zahid Oruc medalları əməkdaşlarına təqdim etdi
31.07.2019 15:25
İyulun 31-də Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmiş Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşlarına medallar təqdim edilib.

STM-dən Anews.az-a verilən məlumata görə, təqdimetmə mərasimində STM-in İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc çıxış edərək, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalının əhəmiyyətindən danışıb. Mərkəz rəhbəri dövlət başçısının adıçəkilən medalın təsis edilməsi haqqında Sərəncamı ilə bağlı qeyd edib ki, bu, Prezident İlham Əliyevin şanlı keçmişimizə, dövlətçilik tariximizə verdiyi yüksək dəyərin göstəricisidir.
Zahid Oruc bildirib ki, Azərbaycan Xalq Cumhuriyyəti tariximizin şərəfli səhifəsini təşkil edir və bununla bağlı prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən ötən il AXC-nin 100 illik yubileyi böyük təntənə ilə qeyd olundu.

O, Sosial Tədqiqatlar Mərkəzinin qarşısında dayanan missiyanın da Azərbaycan Respublikasının inkişafı ilə bağlı fəaliyyət olduğunu bildirib.
STM rəhbəri Cümhuriyyət tarixinin tədqiq olunmasında, təbliğində, o cümlədən Azərbaycan dövləti ikinci dəfə müstəqillik qazandıqdan sonra onun qurulmasında və qorunmasında müstəsna xidmətlər sahibi olan Ulu Öndər Heydər Əliyev ideallarına sədaqət göstərən və ictimai-siyasi həyatda fəallıqlarına görə təltif edilən əməkdaşları - Elşad Mirbəşir oğluna, Tahirə Allahyarovaya və Əfqan Vəliyevə medalları təqdim etdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol