• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik güclü küləklə bağlı əhaliyə müraciət etdi

Nazirlik güclü küləklə bağlı əhaliyə müraciət etdi
05.08.2019 12:21
"Bu gün müşahidə olunan güclü küləklə bağlı avqustun 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti tərəfindən xəbərdarlıq edilmişdi. Bu proses gözlənilən idi”. 

Bunu ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. 

O bildirib ki, bu gündən başlayaraq avqustun 8-dək ölkə ərazisində, xüsusən də Bakı və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, küləyin maksimal sürəti bu günə təsadüf edəcək: "Avqustun 5-də Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin 23-28, yarımadanın bəzi ərazilərində isə 30-35 m/san-dək şiddətlənəcəyi proqnozlaşdırılırdı. Bu gün saat 11:00 olan məlumata görə, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeronda 26-28 m/san təşkil edir, açıq dənizdə dalğanın hündürlüyü 2,5 metrdir. Lakin gün ərzində külək daha da güclənəcək və açıq dənizdə dalğanın hündürlüyü 6-8 metr arası olacaq. Ayın 6-7-də küləyin maksimal sürəti aşağı enəcək”.  

Nazirlik rəsmisi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. U. Tağıyeva insanlara tikinti aparılan yerlərdən bir qədər aralıda durmağı, avtomobilləri ağacların altında saxlamamağı və çimərliyə getməməyi məsləhət görüb.
 
(Apa.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol