• $
  • €
  • ₽
  • ₺
  • £

İnam Kərimov dostunu həbsdən niyə çıxartmayıb?

İnam Kərimov dostunu həbsdən niyə çıxartmayıb?
07.08.2019 12:34
Jam.az saytının baş redaktoru Fikrət Fəraməzoğlu Kənd təsərrüfatı naziri İnam Kərimovla bağlı maraqlı fakt açıqlayıb. 


Qaynarinfo xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında İnam Kərimovun yaxın dostu və tələbə yoldaşı ilə eyni cəzaçəkmə müəssisəsində olduğunu qeyd edib.

F.Fəraməzoğlunun sözlərinə görə, nazir həbs dövrü ərzində dostuna və ailəsinə yardım edib, lakin vəzifəsindən istifadə edərək onu həbsdən çıxarmaqdan imtina edib.
 
Jurnalistin "Facebook" postunu təqdim edirik:
 
"Bayaq, İnam Kərimovla bağlı bir xəbər oxudum. Etiraf edim ki, təəccüblənmədim. Səbəbini də yazacam. 


İnamın tələb yoldaşı bizimlə birlikdə həbsdəydi. Mənim qonşu kəndçim idi. Atasını tanıyırdım. Özü yaşda məndən balacaydı deyə, bir o qədər tanışlığım yox idi. 


Bu cavan oğlan bir nəfərlə ticarət işində zərərə düşmüşdü, şəriki də bundan şikayətçi olmuşdu deyə həbs eləmişdilər. Ən qəribəsi də o idi ki, bu oğlandan şikayət edən keçmiş şəriki həftədə bir dəfə ona bazarlıq edərək, gətirirdi. 


Həmin oğlanla İnam Kərimovla təkcə tələbə yoldaşı olmayıblar, həm də ailəvi dostluq ediblər. Nazir mənim qonşu kəndçimin ailəsinə hər ay dolanışıq üçün bir miqdar pul da göndərirmiş. 
Günün birində bu oğlan İnama zəng edib, işi ilə bağı xahiş edib ki, bəs, "Mənim evimə köməklik edirsən, qardasıma yardım göstərirsən, balalarımın qayğısına qalırsan, bunlara görə çox sağ ol. Bunları edincə, bircə kəlmə məhkəməylə danış, mənə şərti iş versinlər, sənin də, mənim də canım qurtarsın”. 


İnam da telefonda ona deyib ki, "Fakt odur ki, sən özünlə yanaşı, başqasına da ziyan vurmusan. Qanun nə deyirsə, o da olsun. Sənə görə, ağız açmayacam. Qaldı, balalarına, onlara görə, narahat olma, mən axıra kimi onlara yardım edəcəm".
 
Xatırladaq ki, ötən gün Türkiyənin Ordu şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə tədbir keçirilib. Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimovun da qatıldığı tədbirdə diqqətçəkən hadisə yaşanıb. Belə ki, nazir qarşısındakı Azərbaycan bayrağının tərsinə qoyulduğunu görərək dərhal onu düzəldib. Nazirin bu addımı bir sıra media qurumlarının diqqətindən yayınmayıb. 







www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol