• $
  • €
  • ₽
  • ₺
  • £

"Qurban Qurbanovu Elmar Məmmədyarovun yerinə qoysaq, xarici siyasətdə çox artırarıq" - Millət vəkili

"Qurban Qurbanovu Elmar Məmmədyarovun yerinə qoysaq, xarici siyasətdə çox artırarıq" - Millət vəkili
28.05.2020 22:02
"Vaxtilə mən "Qarabağ”la oyunlara gedəndə gördüm ki, futbolçular mahnı oxuyurlar. Soruşdum ki, niyə oxuyursunuz? Dedilər, qıraqdakı söyüşləri eşitməmək üçün oxuyuruq ki, ancaq öz səsimişi eşidək”.

Bakupost xəbər verir ki, bu sözləri "Yeni Sabah”a açıqlamasında millət vəkili Aqil Abbas APOEL - "Qarabağ” (1:2) oyunundakı erməni təxribatından danışarkən deyib. Deputat cavab qarşılaşmasında "Qarabağ” azarkeşlərini stadiona Şimali Kipr Türk Dövləti və Türkiyənin bayraqları ilə gəlməyə səsləyib:

"Bu futboldur, futbolda hər şey ola bilər. Düzdür, "Qarabağ” tərəfi əvvəlcədən APOEL rəhbərliyinə, onların polis idarəsinə xəbərdarlıq etmişdi.  Amma APOEL-in özü elə erməni kimi bir şeydir də. Onlar həmişə ermənilərin tərəfini saxlayıb. Bunu faciə etmək lazım deyil. Keçirdiblər? Onda "Qarabağ” – APOEL oyununa gedənlər Şimali Kipr Türk Dövləti və Türkiyənin bayraqlarını götürsünlər. 

Hətta sizə bir fakt da deyim. Rusiyada bir dəfə Türkiyəylə Ermənistan oynayırdı, bizim bayraqları stadiona buraxmamaqla bağlı tapşırıq vermişdilər. Kimsə gizli şəkildə bayrağımızı həmin oyuna keçirmişdi. Onu da zibilə atdılar. Həmin oyuna Abdulla Güllə də Serj Sarkisyan canlı baxırdı”.

A.Abbas "Qarabağ”ın APOEL-i keçib, "Ayaks”la qarşılaşacağını və ona da qalib gələcəyinə əminliyini vurğulayıb. O, həmçinin "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla Xaricci İşlər naziri Elmar Məmmədyarovu da müqayisə etməyi unutmayıb:

""Qarabağ” belə şeylərə artıq öyrəşib. Düzdür, ruhən pis şeydir. Amma "Qarabağ” oyununu oynayır. Orada onları yerində otuzdurduq, burada da elə olacaq. Sonra "Ayaks”kla qarşılaşacağıq. "Ayaks”ı da yerində oturdacağıq. Düzdür, güclü komandadır, amma "Qarabağ” da "Qarabağ”dır da.

Mənim bir sözüm də var, Qurban Qurbanovu Elmar Məmmədyarovun yerinə qoysaq, biz xarici siyasətdə daha çox artırarıq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Cəmiyyət 12:19
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol