• $
  • €
  • ₽
  • ₺
  • £

Qadın ərinə yuxu dərmanı verib başqası ilə yatırmış - Beyləqandakı intiharların təfərrüatı

Qadın ərinə yuxu dərmanı verib başqası ilə yatırmış - Beyləqandakı intiharların təfərrüatı
08.08.2019 18:22
Bu günlərdə Beyləqan rayonunun Birinci Şahsevən kəndində baş vermiş faciənin təfərrüatı məlum olub.
Məlum olduğu kimi, iyulun 31-də sevgili cütlük – qadın aşpaz və kənd uşaq bağçasının gözətçisi intihar ediblər. Bundan başqa, aldadılmış ər arvadının xəyanət etdiyi ehtimal olunan başqa kişiyə bıçaq xəsarəti yetirib.
Xatırladaq ki, yerli sakin R.H. həyat yoldaşını başqa kişi – G.B. ilə tutub. Rüsvay olan qadın bundan sonra ata evinə qaçıb, lakin qohumları onun müdafiəsinə qalxmadığına görə intihar etmək qərarına gəlib. İki uşaq anası olan N.H. özünü asıb.

G.B. də Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində özünü öldürüb.
Aldadılmış ər öyrənib ki, arvadı ona başqa kişi ilə - E.E. ilə də xəyanət edib. Kişi şübhəlini arvadı ilə sevgi əlaqələri saxlayarkən yaxalayıb və ona bir neçə bıçaq xəsarəti yetirib, o cümlədən qulağını kəsib. Sonra R.H. polisə könüllü təslim olub.  
Hələ 30 yaşı olmayan yaralı E.E. Mərkəzi Rayon Xəstəxnasına çatdırıldıqdan sonra əməliyyat olunub. Lakin həkimlər kəsilmiş qulağı bərpa edə bilməyiblər.
İlkin təhqiqat zamanı müəyyən edilib ki, qadın ərinin bərk yuxuya getməsi üçün onun yeməyinə yuxu dərmanı qatıb. Kişi yuxuya gedəndə isə N.H. kənd uşaq bağçasının gözətçisi G.B. ilə görüşə gedib.
Kənd sakini arvadını başqa kişi ilə tutduğu gecə yuxu dərmanı təsir etməyib. R.H. yuxudan oyanıb və arvadının yanında olmadığını görüb. O, arvadını axtarmağa gedəndə uşaq bağçasının binasının pəncərəsində işıq görüb. R.H. işığa tərəf gedəndə arvadını başqa kişi ilə tutub.
İntihar edən qadının mobil telefonundan intim xarakterli videogörüntülər aşkarlayıblar. Məlum olub ki, qadın əri ilə cinsi əlaqədə olmasını telefona çəkirmiş.
Hazırda faktla bağlı araşdırma davam edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol