• $
  • €
  • ₽
  • ₺
  • £

Yağışdan sonra Bakıda baş verən qəzalar kameraya düşdü - VİDEO

Yağışdan sonra Bakıda baş verən qəzalar kameraya düşdü - VİDEO
09.08.2019 16:27
Bu gün havanın yağmurlu keçməsi paytaxt Bakıda bir neçə qəzaya səbəb olub. 

Anews.az Avtosfer.az-a istinadla xəbər verir ki, qəzalar yüksək sürət rejimi tətbiq olunan yollarda baş verib. Həmin qəzaların videosuna baxdıqda məlum olur ki, hava və yol şəraitini düzgün qiymətləndirmirlər. Belə ki, əyləc sistemindən düzgün istifadə etməmək, ara məsafəsini düzgün seçməmək, sürət həddini aşmaq bu qəzalara səbəb olub.

Birinci qəzada "VAZ-2107” markalı avtomobilin sürücüsü qəfildən tormozloma edir. Çünki maşın idarəetmədən çıxıb yolun sağındakı dəmirlərə dəyəcəkdi. Sürücü maşını saxlaya bilsə də, arxadan gələn avtobus onu vurur. Burada avtobus sürücüsü qəzanın ağırlıq dərəcəsini aşağı salmaq üçün əlindən gələni edir.

Digər qəza görüntülərdən də aydın olur ki, minik avtomobili yüksək sürətlə hərəkət edir. Sürücü sürəti azaltmaq üçün əyləci basdıqda avtomobil idarəetmədən çıxır və saga gedərək dəmir arakəsmələrə çırpılır.

Üçüncü qəzaya da yüksək sürət səbəb olub. Sürücü sürəti azaltmaq istədikdə avtomobil yerində "oynayır” və arxası ilə yanda hərəkət edən digər avtomobilə toxunur. Daha sonra isə dəmir arakəsmələrə dəyən avtomobilin sükanını sürücü sonda saxlaya bilir.

Dörüncü qəzada "Mercedes” getdiyi yerdə idarəetmədən çıxır. Sürüşən avtomobil yerində dövrə vuraraq sağdakı arakəsmələrə dəyir və dayanır. Sürət yüksək olduğu üçün sürücü avtomobili vaxtında saxlaya bilmir.

Beşinci qəza isə birinci qəza ilə bağlıdır. Diqqətlə baxsanız görəcəksiniz ki, qəzaya düşmüş "VAZ-2107”ni yoldan çıxarmağa çalışan polislər sürücüyə kömək edirlər. Bu zaman digər avtomobillər qəza yerinə yaxınlaşdıqda sürəti azaldırlar. Lakin "Mitsubishi” markalı "pikap”ın sürücüsü sürəti azaltmadığı üçün yandakı maşına toxunaraq qəza törədir. 
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol