• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsxanadan çıxandan 91 gün sonra iki bacısını öldürdü: “Məni buna məcbur etdilər”

Həbsxanadan çıxandan 91 gün sonra iki bacısını öldürdü: “Məni buna məcbur etdilər”
09.08.2019 21:55
Keçmiş məhbus azadlıqda cəmi üç ay keçirib. Muxtar Əlimanov həbsxanadan çıxandan 91 gün sonra iki bacısını qətlə yetirib.
Bizimyol.info xəbər verir ki, hadisə Buzovnada baş verib. Muxtar böyük bacıları – Məlahət və Səadət Əlimanovaları bir neçə bıçaq zərbəsi ilə öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Muxtar Əlimanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Muxtar məhkəmədə özünü təqsirli bildiyini deyib. Amma onu belə addıma vadar edən səbəbləri də sadalayıb. Muxtarın dediyinə görə, üçüncü bacısının Suriyaya getməsi onu özündən çıxarıb. Təqsirləndirilən bacısının 10 yaşlı qızını orada ərə verdiyini bildirir. Sonra qadını iki uşağı ilə birlikdə Azərbaycana deportasiya ediblər. Muxtar bütün bunlardan həbsxanada xəbər tutub. Böyük bacılarını məsuliyyətsizlikdə ittiham edib. Məlahət və Səadət ona kəskin cavab verib.
"Məni buna məcbur etdilər”, – Muxtar məhkəmədə belə deyib. Təqsirləndirilən həbsxanadan çıxandan sonra bacıları ilə çox mübahisə etdiyini bildirir. Ortada mülk davası da olub. Elə qardaşı ilə də mülk söhbətlərinə görə münasibətləri pisləşib. Üstəlik, onu kiçik bacını cəzalandırmamaqda da ittiham edir.
Muxtar bacılarının əxlaqlı həyat tərzi sürmədiyini də iddia edir. Onların internetdə ərəblərlə əlaqə saxladığını söyləyir.
Muxtar kiçik bacısını onun qızına görə öldürmədiyini deyir: "14 yaşlı uşağı qarşıma keçib dedi ki, anam ölsə, mən yaşaya bilmərəm”.
Təqsirləndirilən "biqeyrət” ifadəsini həzm edə bilmədiyin söyləyir: "Özümü itirdim. Neçə dəfə vurduğumu xatırlamıram. Əvvəlcə Səadəti vurdum”.
Muxtar sonda deyib ki, ömürlük həbs olunacağını bilir, amma peşman deyil.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol