• $
  • €
  • ₽
  • ₺
  • £

Elinanın anası icra başçısının müavini ilə üzləşdirildi

Elinanın anası icra başçısının müavini ilə üzləşdirildi
12.08.2019 20:34
Özünü oxuduğu 162 saylı məktəbin üçüncü mərtəbəsindən ataraq intihar edən Elina Hacıyevanın valideynləri direktor Sevinc Abbasovanın həbs olunmasını, həkimlərin cəzalandırılmasını istəyir. Məktəblinin yaxınlarının tələblərindən biri həyata keçib.
Bizimyol.info xəbər verir ki, Elina Hacıyevanın anası Sevil Hüseynova həm Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, həm də Sevinc Abbasova ilə üzləşdirilib. Üzləşmə Bakı şəhər Prokurorluğunda baş tutub. Amma vəkil Emin İsayev bu haqda məlumat vermək istəməyib. Bunu istintaq sirrini yaymamaq arqumenti ilə izah edib.
Vəkilin dediyinə görə, Sevil Hüseynova bir müddət əvvəl Kliniki Tibbi Mərkəzdə Elinanın müayinə və müalicəsinə cavabdeh həkimlərlə də üzləşdirilibmiş.
Hadisə aprelin 4-də olmuşdu. Elinanı intihardan sonra xəstəxanaya çatdırsalar da, onun həyatını xilas edə bilməmişdilər. Məktəblinin ailəsi Xalidə Bayramova ilə Sevinc Abbasovanı şagirdi intihardan sonra videoya çəkərək, xəstəxanaya gec yola salmaqda ittiham edir. Ümumiyyətlə, Elinaya məktəbdə pis münasibət olduğu bildirilir. Təqsiri sübuta yetirilsə, direktoru 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol