• $
  • €
  • ₽
  • ₺
  • £

"Bandotdel" tutan "bariqalar"larla səmimi fotosu yayılan polisləri Vilayət Eyvazov cəzalandırdı - FOTO

"Bandotdel" tutan "bariqalar"larla səmimi fotosu yayılan polisləri Vilayət Eyvazov cəzalandırdı -  FOTO
29.05.2020 12:30
Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulan narkotacirlərin polis zabitləri ilə səmimi fotosu yayılmışdı. Criminal.az xəbər verir ki, DİN rəhbərliyi həmin zabitlərin əməlini polis adına yaraşmayan hərəkət kimi qiymətləndirib və sərt tədbir görüb. Şabran rayon Polis Şöbəsinin Post-patrul xidmətinin rəisi Zəbişah İsmayılov və cinayət-axtarış bölməsinin əməliyyatçı Çingiz Musayevdən polis sıralarından xaric edilib. 

Xatırladaq ki, iyulun 12-də bir neçə gün əvvəl Şabran rayonunda uğurlu əməliyyat keçirib. Əməliyyat nəticəsində rayon ərazisində narkotik becərməklə və satışı ilə məşğul olan mütəşəkkil dəstə ələ keçib. İdarə əməkdaşlarının Güləndi kəndində və "Stansiya Şabran" kimi tanınnan ərazidə keçirdikləri əməliyyat nəticəsində ümumilikdə 5 nəfər saxlanılıb. Əməliyyatçılar ilk olaraq Şabran stansiyası ərazisindəki kafedə Anar, Elşən və Mehdi adlı şəxsləri yaxalayıb, daha sonra Samir adlı şəxsi 200 ədəd çətənə kolunu "VAZ-2107" markalı avtomobilə yükləyərək izi itirmək istəyərkən qandallayıb.
Həmin əməliyyatdan sonra Criminal.az saytının redaksiyasına tutulan şəxslərlə bağlılığı olan fotofakt daxil olmuşdu. Fotodan görünürdü ki, bir süfrə arxasında rayonun Post-patrul xidmətinin rəisi Zəbişah İsmayılov və cinayət-axtarış bölməsinin əməliyyatçı Çingiz Musayev əyləşiblər. Şəkildən belə görünürdü ki, onların yaxşı münasibətləri var.
Yəqin ki, istintaq bu əlaqələrin narkotik tacirlərinin uzun müddət azadlıqda qalması ilə əlaqəli olub-olmamasını araşdırılıb və qərar verilib. 
Məlumat üçün bildirək ki, Şahin məşhur futbolçu, Azərbaycan milli komadasının qapıçısı Kamran Ağayevin bibisi oğludur. 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol