• $
  • €
  • ₽
  • ₺
  • £

Onlayn alış-veriş zamanı aldanmamaq üçün nələri bilməliyik?

Onlayn alış-veriş zamanı aldanmamaq üçün nələri bilməliyik?
16.08.2019 12:25
Elektron ticarət beynəlxalq ticarətin tərkib hissəsidir. Bu ticarətin təşkili və həyata keçirilməsi ABŞ-ın müvafiq qanunları ilə tənzimlənir. Həmin qanunlar əsasında dünya dövlətləri ölkədaxili qaydalarla elektron ticarət qaydalarını və bu ticarətdən istifadə edən şəxslərin hüquq və vəzifələrini təyin edirlər.

Təəssüf ki, bəzən onlayn ticarətdən istifadə edən şəxslər peşman olduqlarını deyirlər. Ya alınan mal keyfiyyətsiz çıxır, ya da sifariş edilən məhsulla ünvana çatdırılan məhsul arasında fərq olur. Bu hallarda insanların hüquqları necə qorunmalıdır?
Mövzu barədə Oxu.Az-a danışan vəkil Abbas Atakişiyev xatırladıb ki, Azərbaycanda elektron ticarətin tənzimlənməsi ilə bağlı qanun qəbul edilib:"Ölkədə elektron ticarət qaydaları və bu qaydaların pozulmasına görə məsuliyyəti müəyyən edən qanun qəbul edilib. 10 may 2005-ci il tarixli "Elektron ticarət haqqında" qanuna əsasən, elektron ticarətin təşkili, həyata keçirilməsi, qanunvericiliyin şərtləri və bu şərtlər pozulduğu halda sahibkarın daşıdığı məsuliyyət müəyyən edilib. Yəni onlayn alış-veriş deyib istədiyini edə bilməzsən, bu sahədə fəaliyyət göstərmək istəyirsənsə, qanunlara əməl etməlisən.
Əsas problem ölkəyə daxil olan məhsulların qəbulu ilə bağlıdır. Bu isə poçt xidməti və gömrük rəsmiləşdirilməsi ilə əlaqədardır. Hər bir vətəndaşın bir ay ərzində 1000 dollar dəyərində məhsulu gömrük rüsumu olmadan gətirmək hüququ var. Bəzən isə vətəndaşlar qanunları bilmədən belə alış-veriş edir və bir sıra problemlərlə qarşılaşırlar".
Vəkil qeyd edib ki, qiymətlərin ucuz olması da insanları onlayn ticarətdən istifadəyə sövq edir. Lakin keyfiyyət məsələsi onlayn xidmət göstərən saytlara görə dəyişir:
"Eyni mal əgər onlayn ticarətdə daha münasib qiymətə təklif edilirsə, təbii ki, seçim zamanı elektron ticarətə üstünlük veriləcək. Adətən, elektron ticarət istifadəçiləri arasında məhsulun keyfiyyət fərqi ilə bağlı yazılı müqavilə bağlanmır. Amma elektron ticarətçi ilə əlaqəyə girəndə xüsusi qeydiyyat qaydaları və şirkətin tətbiq etdiyi daxili qaydalar, şərtlər təklif edilir.

İstifadəçi isə bu qaydaları oxuduqdan sonra həmin şərtləri qəbul edir. Bu isə bir qayda olaraq elektron qaydada təyin edilən akt, müqavilə hesab edilir və alıcı ilə satıcı arasındakı münasibətləri tənzimləyir".
A.Atakişiyev deyib ki, qanunvericilikdə də tərəflər arasında müqavilənin şərtlərindən imtina edilməsi üçün konkret əsaslar mövcuddur:
"Bundan başqa, əgər hər iki tərəf Azərbaycan Respublikası ərazisindədirsə, onda ən geci 30 gün ərzində müqavilə şərtləri icra olunmalıdır. Əgər malın keyfiyyətində hər hansı problem yaşanırsa, belə olan halda əvvəlcədən satıcı və alıcı məhsulu göndərməkdən imtina edə bilər.
Əvvəlcədən edilən ödəniş isə yeddi gün ərzində qaytarıla bilər. Daha başqa suallar yarandığı halda, sifariş edilən mal keyfiyyətsiz çıxdıqda vətəndaşlar istehlakçı haqqında qaydalarla tanış ola bilər və öz hüquqlarını tələb edə bilərlər".

O vurğulayıb ki, məhsulun vaxtında alıcıya çatdırılmamasına görə öhdəlik elektron ticarət təklif edən tərəfə aiddir. Hər gecikdirilən günə görə alıcı bir faiz cərimə tələb edə bilər:
"Alıcılar da ehtiyatlı olmalıdır. Elektron ticarət sistemində də tanınmayan, etibarlı olmayan alış-veriş saytları var. İlk dəfə onlayş şəkildə alış-veriş edən şəxslər bu kimi məqamlara aldana bilər. Plastik kartlarla alış-veriş zamanı kartın təhlükəsizliyi üçün müvafiq banklarda təhlükəsizlik kodunu aktivləşdirmək lazımdır.
Bu, hər hansı şəkildə vətəndaşın hesabında əlavə pul köçürülməsinin qarşısını alır. Banklar özləri də bu sistemi müxtəlif rejimdə tətbiq edirlər. Məsləhətdir ki, bu məqamlar diqqətdə saxlanılsın”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol