• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başlanıldı - Deportasiya olunacaqlar

Almaniyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başlanıldı - Deportasiya olunacaqlar
23.08.2019 11:52
20 avqust 2019- cu il tarixində Almaniyanın Deggendorf şəhərində qaçqınların məskunlaşdığı lagerdə azərbaycanlılarla afrikalılar arasında baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanılıb.
 
Anews.az xəbər verir ki, bu barədə Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev məlumat verib. Kütləvi davada iştirak edən bir neçə sığınacaq tələbi olan şəxsin deportasiyası planlaşdırılır. Həmin şəxslərin sığınacaq istəyi ilə bağlı müraciətlərinin təcilli araşdırılmasına başlanılıb. Bu barədə Bavariyanın Daxili İşlər Nazirliyinin cümə axşamı Münhendə mətbuata verdiyi açıqlamada bildirilib.


"Hadisədə təqsiri olanlar qanunun aliliyinin tam ciddiliyi ilə məsuliyyətə cəlb olunacaqlar" deyə Daxili İşlər naziri Yoahim Herrmann (CSU) bildirib. O, səlahiyyətli orqanları günahkarların təcilli olaraq deportasiya edilməsinə çağırıb. Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədə cinayətə meyilli sığınacaq axtaranlar və onların geri qaytarılmasını qiymətləndirən xüsusi işçi qrup yaradılıb.


Bildiririk ki, çərşənbə axşamı günü axşam Nigeriya və Azərbaycandan olan 30-a yaxın sığınacaq axtaran şəxs arasında kütləvi dava baş verib. Xeyli vaxt davam edən əlbəyaxa davada hər iki tərəfdən xəsarət alanlar olub. Binaya ciddi ziyan dəyib. Polisin məlumatına görə, üç mühafizəçi və iki polis daxil olmaqla ən azı 10 nəfər yaralanıb.
Yalnız bölgədəki polis idarəsi əməkdaşlarının və federal təhlükəsizlik xidməti polisinin müdaxiləsindən sonra vəziyyəti sakitləşdirmək mümkün olub.


Prokurorluğun məlumatına görə, 8 şübhəli şəxs müvəqqəti həbs olunub. Bir nigeriyalı və iki azərbaycanlı haqqında həbs qətimkan tədbiri seçilib. Digər 5 sığınacaq axtaran şəxs sərbəst buraxılıb.


Asayişin pozulmasına və vəzifəli şəxslərə qarşı müqavimət və hücum faktına görə cinayət işi başlanılıb və araşdırma aparılır.


Qeyd edək ki, Deggendorfdakı düşərgədə bu ilk belə hadisə deyil. Ötən il sığınacaq axtaran 29 yaşlı şəxs oraya deportasiya üçün gələn məmurlara və polislərə hücum etmişdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol