• $
  • €
  • ₽
  • ₺
  • £

Sərhəddə “Ebola” həyacanı

Sərhəddə “Ebola” həyacanı
27.08.2014 17:04
Bütün aeroport və sərhəd keçid məntəqələrində müvafiq aparatlar quraşdırılıb və nümayəndələr oradadır.

Ebola virusu xəstəliyinin Azərbaycana keçməsinin qarşısının alınması məqsədilə bütün qabaqlayıcı tədbirlər görülür. Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev APA-ya açıqlamasında deyib ki, ölkənin aeroportlarında, sərhəd keçid məntəqələrində virusun simptomlarını, xüsusən də hərarəti aşkarlamaq üçün temperaturu ölçən xüsusi aparatlar quraşdırılıb və səhiyyə mütəxəssisləri orada vəziyyətə nəzarət edir. Onun sözlərinə görə, aeroportlar və ya sərhəd keçid məntəqələrində virusun simptomları aşkar olunan insanlar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılan hazır palatalara göndəriləcək, orada hospitallaşdırılacaq və yoxlanılacaq.Aeroportlarda, sərhəddə mütəxəssislər tərəfindən xəstəliklə bağlı hansısa göstərici aşkar olunarsa, onların yerləşdirilməsi üçün institutda tam şərait yaradılıb. Ağciyər Xəstəlikləri İnstitutunun 2 palatası tam olaraq bu viruslu xəstələr üçün ayrılıb”.R.Abdullayevin sözlərinə görə, hansısa hal olarsa, xəstə aşkar olunarsa, bütün xəstələrdən nümunələrin götürülməsi, dəqiqliklə müayinəsinin aparılması üçün bütün lazımi şərait var. Direktor vurğulayıb ki, yoxlamadan sonra həmin şəxslərin Ebola virusuna yoluxub-yoluxmaması ilə bağlı dəqiq məlumat vermək olacaq: “Qabaqlayıcı tədbirlərin hamısı görülüb və laboratoriya hazır vəziyyətdədir. Bütün aeroport və sərhəd keçid məntəqələrində müvafiq aparatlar quraşdırılıb və nümayəndələr oradadır. Respublika Sanitariya – Karantin Müfəttişliyinin əməkdaşları aeroportlar və sərhədlərdə bütün ilboyu fəaliyyət göstərir. Lakin səhiyyə nazirinin müavini ölkənin baş sanitar həkimi Abbas Vəlibəyovun Ebola virusu xəstəliyinə qarşı profilaktik və əks epidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin respublikamıza keçməsinin qarşısının alınması məqsədi ilə imzaladığı müvafiq əmrindən sonra gücləndirilmiş iş rejiminə keçib”.R.Abdullayev əlavə edib ki, Respublika Taun Əleyhinə Stansiyasının “qaynar xətt” xidməti də 24 saat ərzində fəaliyyət göstərir. Gün ərzində 1-2 nəfərin “qaynar xətt”ə müraciət etdiyini deyən direktorun sözlərinə görə, onların şikayətləri əsasən temperaturla bağlı olur.Stansiyanın rəhbəri vurğulayıb ki, hazırda ölkədə bu virusla bağlı vəziyyət tam stabildir.ANN.Az  

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol