• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsədxana maqnit qasırğası barədə məlumat yaydı

Rəsədxana maqnit qasırğası barədə məlumat yaydı
27.08.2019 22:00
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb. "Qafqazinfo”nun məlumatına görə, qeyd olunub ki, günəş fəallığı çox aşağı səviyyədə olub, diski ləkəsizdir.
Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) aşkar olunmayıb. 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.
Hesabat dövründə ACE peyki vasitəsilə aparılan ölçmələrdə Günəş küləyi parametrlərində normal rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 310 - 330 km/san intervalında olub, ümumi maqnit sahəsi ortalama 5 nT-ya bərabərdir. Bz komponenti zəif dəyişib. Phi bucağı əsasən dəyişkən olub. 

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3). Kosmik hava proqnozu  dövründə (26 - 28 avqust) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə də (26 – 28 avqust) aşağı səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (26 – 28 avqust) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (26 – 28 avqust) Günəş küləyi parametrlərinin CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin geoeffektivliyi səbəbindən nisbətən güclənəcəyi proqnozlaşdırılır.
Proqnoz dövründə ilk iki gün (26, 27 avqust) qeyri-stabil şərait (Kp=3, 4) proqnozlaşdırılır. Sonuncu proqnoz günü (28 avqust) CH HSS effekti geoeffektivliyi azalacağından nisbətən sabit şərait (Kp=2, 3) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı 26 və 28 avqust proqnoz tarixlərində 5%-dən, 27 avqustda isə 10%-dən aşağı qiymətləndirilir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol