Lənkəran rayon sakinindən külli miqdarda narkotik götürülüb.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş N.Muradov 5 kiloqram 930 qram tiryəki satarkən cinayət başında yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az