• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı polisi bütün rayonlarda reyd keçirdi - Yüzlərlə sürücü cərimləndi

Bakı polisi bütün rayonlarda reyd keçirdi - Yüzlərlə sürücü cərimləndi
29.08.2019 10:00
Bakı Şəhər Baş Polis İdarəsi və tabeli orqanları avqustun 28-də jurnalistərin iştirakı ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş darama ̶ əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib.

Anews.az xəbər verir ki, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbirlərə televiziyalar, informasiya agentlikləri, xəbər saytları, çəkiliş reportyor qrupları cəlb olunmaqla hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhər görkəminə xələl gətirən, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər hallarla bağlı fəal iş aparılıb.

Əməliyyat və profilaktiki tədbirlər nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə axtarışı elan olunan 30 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, küçə ticarəti ilə məşğul olduqlarına görə 216, 52 nəfər avara və dilənçiliklə məşğul olduqlarına görə, eləcə də xırda xuliqanlıq, xırda talama, antisanitariya və digər sosial-neqativ hallar aşkar olunub.

Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 1841, o cümlədən kobud qayda pozuntusuna yol verən 937 sürücü barəsində İXM-nin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 16, avtomaşını sərxoş halda idarə edən 14 sürücü, 4 avtoxuliqan və yolu müəyyən olunmayan yerdən keçən 355 piyada müəyyən olunub.

Aşkarlanan hər bir hüqazidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülüb.
Əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri çərçivəsində ictimai təhlükəsizlik idarə və şöbələrinin, post patrul, yol polisi və digər xidmətlərin əməkdaşları ilə birgə KİV nümayəndələri vətandaşlarla fərdi profilaktik söhbətlər aparıb, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması, hüquqi düşüncənin formalaşması istiqamətində tövsiyələr veriblər.

Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol